Huawei şirkəti qatlana bilən Mate X smartfon modelini hələ bu ilin fevral ayında təqdim etmişdi. Bir neçə gün bundan öncə bu smartfon şirkətin mobil şöbəsinin rəhbərinin əlində görülmüşdü. Güman olunurdu ki, şirkət bu smartfonu sentyabr ayında satışa çıxardacaq. Lakin şirkətin planları anidən dəyişib. Belə ki, şirkətin mobil şöbəsinin prezidenti He Gang bildirib ki, Mate X bazara satışa çıxmağa hələki hazır deyil. Bu barədə Gsmarenasaytına istinadən 4pda saytı xəbər verib.
Onun sözlərinə əsasən şirkət hələ də smartfonun konstruksiyasını optimizasiya edir ki, o, şirkətin keyfiyyət tələblərinə cavab versin. O həmçinin qeyd edib ki, smartfonun hazrlanma prosesi heç gözlənilmədən daha da qəliz olub. “Hər bir insana məlum olmalıdır ki, Huwei şirkətinin keyfiyyət tələbləri çox yüksəkdir. Əgər smartfon bu cür tələblərə cavab vermirsə o, satışa çıxmayacaq. Biz Mate X-ə böyük vəsaitlər sərf etmişik. Biz, yaxşı istehlakçı təcrübəsinə sahib məhsulun yüksək keyfyyətinə zəmanət veririk” – deyə He Gang bildirib.