“AvtoVAZ” diler mərkəzlərinə göndərdiyi xəbərdarlıqda deyib ki, avqustun 1-dən “Lada” avtomobillərinin qiymətinin dəyişdirilməsi məsləhət görüləcək.
Xəbərdarlıqda qiymət dəyişikliyinin azalmağa, yoxsa artırılmağa doğru gedəcəyi haqqında isə məlumat yoxdur.
“2019-cu ilin avqustun 1-dən LADA avtomobillərinin bütün modellərinin qiymətində yeni dəyişiklik olacaq. Diler müqaviləsinin şərtlərinə uyğun olaraq, qeyd olunan tarixdən etibarən bu model üzrə qiymət etiketinə yenidən baxılacaq”, – deyə məlumatda deyilib.
Qeyd edək ki, daha əvvəl şirkət təchizat komponetləri üzrə istehsalı dayandırdı və iyulun 1-dən avtomobillər üzrə pərakəndə qiymətində artıma getdi.