Morning Consult texnoloji şirkəti 1995-ci ildən sonra doğulanların sevimli brendlərinin reytinqini təqdim edib.
Siyahı, dünya üzrə 18-21 yaş gənclər arasında aparılan sorğu əsasında tərtib edilib. Gen Z’s Most Loved Brands reytinqinə Google başçılıq edir, ardınca isə Netflix və YouTube gəlir. Beşliyə həmçinin Amazon və Oreo də daxildir. 6-cı yerdən 10-a kimi PlayStation, Walmart, Target, həmçinin, çips və “snacks” istehsalçıları olan Doritos və Nintendo qərar tutblar.
Bundan başqa, cinslər fərqinə görə də gənclər arasında ən sevilən brendlərin ayrıca reytinqi açıqlanıb. Belə ki, kişilərin sevimli brendlərinin top 10-luğuna Nike və Marvel Studios düşüb. Qızlar isə Bath & Body Works, Disney və Spotify-ı seçiblər. Bundan başqa, gənc oğlanların üstünlük verdiyi brendlər siyahısında Xbox, Pizza Hut, Microsoft və Skittles də var. Qızların isə sevimli brendlər 20-liyinə Dove, İnstagram, Starbucks, Vans və Apple daxildir.