Alimlər beynin kiçilməsinə səbəb olan peşələrin adlarını açıqlayıblar

Date:

Paylaş:

Kosmonavtlar və taksi sürücüləri zaman keçdikcə beyinlə bağlı problemlər yaşayırlar. Bu barədə araşdırmalara istinadən РИА “Новости” yazır.

Kosmonavtlar bu problemlə daha çox üzləşirlər. Kosmosa uçuşdan sonra onlarda beynin temporal korteksindəki boz maddənin həcmi 3% azalır.

Kosmonavtlarda həmçinin parietal loblarda serebrospinal mayenin dövranında pozuntular da aşkarlanıb, bundan başqa beyin qabıqları yerini dəyişib  və frontal və parietal lobları ayıran şırım daralıb.

 Bunu Almaniya, Çin və ABŞ-ad olan alimlər sübut ediblər. Onlar Beynəlxalq kosmik stansiyada olanların uçuşdan əvvəlki və sonrakı MRT-lərini müqayisə ediblər.

Digər alimlər isə naviqatordan istifadə edən taksi sürücülərinin beyinlərində problemlər aşkarlayıblar. Naviqatorla daimi səfərlər zamanı sürücülərdə qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa keçidi təmin və məkanla bağlı məlumatları təhlil edən yaddaş mərkəzi kiçilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...