Bleeping Computer yazır ki, Firefox-un 70-ci versiyasından başlamaqla Mozilla, brauzerin istifadəçilərinin parolları sındırılmış parollar bazasına düşərsə, onları bu barədə xəbərdar etmiş olacaq.
“Mozilla” bu funksiyanı Have I Been Pwned resursu ilə birgə quracaq. O, istifadəçilərin ələ keçirilmiş poçt qutularının və parolların bazasını özündə daşıyır. “Firefox” brauzerdə qorunan hesab göstəricilərini skan edəcək. Onlar Have I Been Pwned siyahılarına düşərlərsə, “Firefox” istifadəçiyə bunu bildirəcək və ona həmin göstəriciləri dəyişməyi təklif edəcək.
Qorunan sındırılmış loqinlə birgə, “Firefox Lockwise” parollar menecerində nida işarəli üçbucaq ikonu da görünəcək. Loqinin üzərinə basanda parolun oğurlanması barədə yazılı panel açılacaq. Lakin funksiya yalnız sındırılma hallarında işləyəcək.
“Mozilla” həmçinin istifadəçinin loqini də daxil olmaqla oğurlanmış məlumatların say statistikasını göstərən xüsusi hesabat da buraxacaq. Ona about: protections ünvanından baxmaq mümkün olacaq.