Bu, 2019-cu ildə Uber-dən sonra həcminə görə birjaya ikinci çıxış ola bilər.
WeWork “co-working”(müvəqqəti iş yeri) şəbəkəsi 2019-cu ilin sentyabrında ilk IPO-nu keçirməyi planlaşdırıb – səhmdarların gözlədiyindən tez bir vaxtdır, The Wall Street Journal mənbələri bildiriblər. Bloomberg xəbər verib ki, şirkət səhmləri 3,5 milyard dollara satmaq niyyətindədir,lakin bu məbləğ hələ dəyişə bilər.
WSJ belə hesab edir ki, WeWork rəhbərliyi IPO-nu ona görə tez keçirmək istəyir ki, indi ABŞ-ın fond bazarı rekord göstəricilər ətrafında ticarət edir və “yaxşı dövr” çox davam etməyəcək. WeWork rəy bildirməkdən imtina edib.
WeWork 2018-ci ilin dekabrında birjaya çıxmaq üçün sənəd verib,lakin bu barədə xəbər 2019-cu ilin aprelində məlum olub. 2019-cu ilin iyulunda WSJ mənbələri bildiriblər ki, şəbəkənin həmtəsisçisi və baş direktoru Adam Neyman şirkətin səhmlərini 700 milyon dollara satıb.
2019-cu ilin yanvarında Yaponiyanın SoftBank-ı WeWork-ü 47 milyard dollar dəyərləndirib. 2018-ci ildə şirkətin biznesi zərər görüb.