Düyməli telefonlar üçün nəzərdə tutulan “KaiOS” əməliyyat sistemi “WhatsApp” proqramını dəstəkləməyə başlayıb.
“WhatsApp” əlavəsi bu rübdən etibarən bir sıra modellərə əvvəlcədən quraşdırılacaq, digər qurğu istifadəçiləri isə proqram təminatını sistemin əlavələr mağazasından yükləyə bilərlər. Lakin bu, yalnız yaddaş tutumu 256 meqabayt təşkil edən mobil telefonlara şamil edilir.
“KaiOS” sistemi üçün “WhatsApp” digər sistemlərdə olduğu kimi, mətnli bildirişlər mübadiləsini, zəngləri, eləcə də məlumatların şifrlənməsini dəstəkləyir.
Qeyd edək ki, bir neçə il əvvəl Hindistanda bir sıra modellər üçün istifadəyə verilən “KaiOS” sistemi üçün “WhatsApp” messencerindən hazırda bütün arzu edənlər istifadə edə bilərlər.
“KaiOS” düyməli mobil telefonlar üçün populyarlığına görə “Android” və “iOS” sistemlərindən sonra üçüncü əməliyyat sistemi hesab olunur.