“Facebook” istifadəçilərinin fərdi məlumatlarının emalında pozuntulara görə 5 milyard dollar cərimə ödəyəcək.
Cərimələnməyə dair qərar ABŞ-ın Federal Ticarət Komissiyası tərəfindən verilib və qısa müddətdə elan ediləcəkdir.
Xatırladaq ki, ABŞ-da “Facebook”- a qarşı “Apple”, “Amazon” və digər iri şirkətlərlə bağlanmış bir sıra sövdələşmələrə görə cinayət istintaqı gedir. Güman ki, bu müqavilələrdə şirkətlərə istifadəçi məlumatlarının ötürülməsini nəzərdə tutulub.