Azərbaycanda “Air taksi” xidməti fəaliyyət göstərir

Date:

Paylaş:

Rusiyada “Rusiya helikopterləri” Holdinqi ölkəsində “Air taksi” fəaliyyəti ilə məşğul olmağa hazırlaşır.

Bəs Azərbaycanda “Air taksi” xidməti varmı, yaxud da gələcəkdə tətbiq edilməyi ilə bağlı “Azərbaycan Hava Yolları“ QSC-nin mətbuat katibi Paşa Kəsəmənski  bildirib ki, Azərbaycanda helikopterlər xidmətini sifariş etmək mümkündür.

Onun sözlərinə görə, sifariş qəbul edilir və sifarişə uyğun büdcə qarşı tərəfə bildirilir: “Bizdə bu xidmət çoxdan var. Məsələn, Bakıdan Şahdağa və digər istiqamətdə uçuş həyata keçirə bilərik. Sifarişin məbləği bir sıra faktorlardan asılıdır: hansı helikopterin getməyi, neçə nəfərin daşınmasının həyata keçirilməsi, həmçinin ərazi faktoru da daxil olmaqla bir sıra məqamlardan asılıdır”.

Xatırladaq ki, Silk Way Helicopter Services bir sıra xidmətləri həyata keçirir.

Vertolyot parkının müxtəlifliyi və əlavə avadanlıqların quraşdırılması imkanları ilə əlaqədar aviaşirkət aşağıdakı növ işləri həyata keçirmək imkanına malikdir:

Sərnişinlərin hava yolu ilə daşınması, ekskursiya və VİP uçuşlar

Yükün xarici asılqanda və ya kabinada hava yolu ilə daşınması

Tikinti-montaj işləri

Hava patrulu çəkmə və neft-qaz boru kəmərlərinin və elektrik ötürücü xətlərinin monitorinqi

Tibbi evakuasiya (Medivac), axtarış-xilasetmə işləri (SAR), təcili-tibbi yardım (EMS)

Üzən qazma qurğularına və gəmilərə uçuşlar (offshore)

Aerovizual foto və video ilə bağlı uçuşlar

Vertolyotların ekipajla və ekipajsız icarəyə verilməsi

Vertolyotla xüsusi turlar və çarterlər (ov, balıq tutma, alpinizm və s.)

Torpaq və yüksək yerlərdə helikopter meydançaların tikintisi üçün konsaltinq xidmətləri (binalarda, xəstəxanalarda, dərində dayanan dəniz özüllərində, gəmilərdə və s.) həyata keçirir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...