“Fortune” nəşrinin versiyasına görə, Çinin smartfon və başqa istehlak elektronikası istehsalçısı olan “Xiaomi” ilk dəfə dünyanın 500 ən böyük şirkətlərinin reytinqinə daxil edilib.
“Fortune Global 500” reytinqində “Xiaomi” şirkəti 468-ci yeri tutub. Şirkətin kapitallaşdırma dəyəri 21,15 milyard dollar məbləğində qiymətləndirilib, şirkətdə 16680 nəfər işləyir.
“Xiaomi 9 il ərzində “Fortune Global 500” reytinqinə daxil olmağa müvəffəq olub. Biz öz pərəstişkarlarımıza və “Mi” istifadəçilərinə dəstəyə görə təşəkkür etməliyik. Biz, həmçinin bu il reytinqdə ən gənc şirkətik” – “Xiaomi” şirkətinin təsisçisi, direktoru və direktorlar şurasının sədri Ley Szyun deyib.