Emin Ağalarov: “Mən biznesə yaradıcılıqla yanaşıram”

Date:

Paylaş:

“Uşaqlar üçün mən ən adi atayam”.

Məşhur müğənni və iş adamı Emin Ağalarov Belarusun “Komsomolskaya pravda” nəşrinə müsahibə verib.

Emin agalarov ağalarov

Emin Ağalarov deyir ki, atasından pul almağı hələ yeniyetmə ikən tərgidib, çünki öz imperiyasını qurmaq istəyib. Düzdür, heç vaxt kasıb yaşamayıb, Nyu-Yorkda ən yaxşı təhsil alıb, “Maliyyə sahəsində biznes-menecment” ixtisası üzrə diploma sahibdir. Və imperiyanı artıq qurmağa başlayıb, ştatlarda matryoşka və komandir saatları satan uğurlu sayt yaradıb. Sonra isə anlayıb ki, matryoşkalar ilə Nyu-Yorkda atasının biznesində olduğu qədər pul qazanmayacaq. Amma burada iş qurmağa imkan var: restoranlar şəbəkəsi, iki böyük ticarət-əyləncə mərkəzi, “Krokus Siti Holl” konsert zalı…

7 il öncə Emin eyni anda iki oğul atası olub və sevimli həyat yoldaşı və oğlanları üçün Xəzər dənizi sahilində saray ucaldıb.

– Emin, məşhur soyad yaradıcılıq karyerasında yardım edir və ya mane olur?

– Rusiyada mane olur – insanların mentaliteti belədir. Önyarqılı münasibətdən yalnız reputasiyan ilə yaxa qurtarırsan. Mən ümumiyyətlə, həm biznesdə, həm də yaradıcılıqda sadə qaydaya əməl edirəm: işini görmək lazımdır, iş isə öz sözünü deyəcək.

– Siz daha çox müğənnisiz, ya iş adamı?

– Mən iki əsas məşğuliyyətim arasında sərhəd qoymuram. Biri o birisini inkişaf etdirməyə imkan verir. Mən biznesə yaradıcılıqla yanaşıram. Məsələn, yeni restoran mənim üçün yeni mahnı kimidir! Hər ikisi maliyyə tərəfdən uğurlu olmalıdır, bunun üçün isə hədəfə vurmaq lazımdır. O zaman mahnı hitə çevrilir, restoran isə zamanla daha çox müştəri qazanır.

– Siz bir dəfə dediz ki, Müslüm Maqomayev sizə görə atanızla mübahisə edib?

– Bu gün səhnəyə çıxmağımın səbəbkarı həmin dahi insandır. O, hər zaman atama deyirdi: “Bu oğlanı bizneslə niyə incidirsən? Qoy oxusun!”.

Təbii ki, mənim atam məni heç vaxt incitməyib, bu, mənim şəxsi qərarım idi, amma Müslüm Maqomedoviç hesab edirdi ki, biznes məni əsas olan yaradıcılıqdan yayındırır.

– Cennifer Lopes sizi öz konsertində çıxış etməyə çağırıb. Həzz, yoxsa qonorar üçün oxuyurdunuz?

– Əlbəttə, qonorar üçün. Sözsüz ki, mənə dünyanın ən məşhur və istedadlı müğənnilərindən biri ilə eyni səhnədə çıxış etmək xoş idi. Mən onunla bu konsertdən bir neçə il öncə tanış olmuşdum. Biz birlikdə “JLo by Jennifer Lopez” brendi üzərində çalışmışdıq. Və biz burada butikdə deyil, səhnədə görüşdük!

– Ulduz statusu öz populyarlığınıza uyğunlaşmağa məcbur edir? Siz elə belə kartof-fri yeyib, küçələrdə gəzişə bilirsiz?

– Əlbəttə, bilirəm. Və bunu daima edirəm, əgər mənə insanlar yaxınlaşıb şəkil çəkdirmək istəyirlərsə, mən məmnuniyyətlə selfi çəkdirirəm. Bu, heç bir şəkildə mənim istirahətimə mane olmur. Mən öz pərəstişkarlarımı sevirəm və deməliyəm ki, onlar da öz növbələrində çox nəzakətli və taktiki davranırlar.

– Uşaqlarınıza və ailənizə vaxt çatdıra bilirsiniz?

– Əlbəttə. Oğullarımla bərabər olanda özümlə noutbuk və bir neçə telefon gəzdirirəm ki, biznesimə nəzarət edim, amma bununla yanaşı sms-ləri oxumağı və email-imi yoxlamağı da unutmuram. Uşaqlarım üçün sadəcə atayam, onlarla bərabər olanda özüm də uşaq kimi oluram. Biz birlikdə “Leqo” konstruktoru yığırıq, əhvalatlar düşünürük, evdə əylənirik. Onlarla əlaqəm möhkəmdir. Yaradıcılıq və işlə nə qədər məşğul olsam da, uşaqlar ilə keçirdiyim zaman mənim üçün ən sevincli anlardır.

– Yəni siz xoşbəxt və hər şeydən razısız. Yoxsa yenə də nə isə çatışmır?

– Əlbəttə, mən xoşbəxtəm, amma daima nə isə istəyirəm, bu, təbiidir. Planımda yeni hitlər və biznes-layihələr var… Eləcə də uşaqlıqdan, bu yaxınlarda təəssüf ki, öz 100 illiyinə bir həftə qalmış dünyasını dəyişən nənəmə deyirdim ki, ən azı beş uşaq istəyirəm. Hələlik cəmi iki oğlum var, amma mənim cəmi 35 yaşım var, çox ümid edirəm ki, hələ üçünü də böyüdüb tərbiyə edə biləcəyəm.

©oxu.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...