Variety portalı The Walt Disney Company şirkətinə istinadən xəbər verib ki, Marvel “Qisasçılar: Final” filmi inflyasiya hesaba alınmadan kassa yığımına görə yeni rekorda imza atıb. O, bu baxımdan son on ilin lideri olan “Avatar”-ı da ötüb.
Aprelin sonunda ekran üzü gördüyü vaxtdan bəri yeni “Qisasçılar”filmi 2,7892 milyard dollar yığıb. Bu məbləğə satış öncəsindən daha 500 000 dollar əlavə ediləcək.
“Qisasçılar: Final” ABŞ-da 853 milyon dollar, digər ölkələrdə isə 1,9 milyard dollar yığıb. Film dünya prokatına 24 apreldə, amerikanınkına isə 26 apreldə çıxıb.Filmin kassa yığımı ilk həftə sonu artıq rekord 1,2 milyard dollara çatmışdı.
“Final” 2 milyard dollardan çox yığan filmlərin top 5-liyinə daxil olub.