Anheuser-Busch İnBev SA (AB İnBev) pivə konserni 10 milyard dollardan az olmamaq şərtilə aktivlərini satmaq barədə düşünür. Bu barədə Dow Jones xəbər verir.
Söhbət, şirkətin Cənubi Koreya, Avstraliya və Mərkəzi Amerikadakı bölmələrindən gedir.Onların bazarda payı çoxdur və gəlirlidirlər.
Mənbələrdən əldə edilən məlumata görə, bu aktivlərin satışı konsernin perspektivlərinə təsir etməyəcək, belə ki, bu bazarlar sürətlə inkişaf edənlər sırasına daxil deyil.
Konsernin əvvəllər müxtəlif ərazilərdə aktivləri vardı və o, onlarla ölkədə pivə brendinin sahibi olub. Eyni zamanda şirkətin borcu da 100 milyard dolları ötüb. IPO-nun məqsədlərindən biri də elə onun azaldılması idi.
AB İnBev borcu 80 milyard dollara endirməyi hesaba alıb. Belə borc göstəricisi ilə şirkət investisiya reytinqini itirmək riski olmadan kapital qoyuluşu və investisiya planını izləyə biləcək. Şirkət həmçinin dividendlərin azaldılması imkanlarını da nəzərdən keçirir. Keçən ilin payızında konsern, onları iki dəfə azaldıb.