BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda fındıqçılıqla bağlı layihə həyata keçirə bilər.
Bunu açıqlamasında FAO-nun Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Kaan Evren Başaran bildirib.
Onun sözlərinə görə, layihənin icrasına bu ilin sentyabr ayında başlanılması gözlənilir.
“Layihənin dəyəri 1,3 milyon ABŞ dollarıdır. Bu vəsaiti FAO-nun Azərbaycan hökuməti ilə birgə yaratdığı Tərəfdaşlıq Fondu ayıracaq. FAO fermerlərə fındıqçılıqda pestisidlərə alternativ olaraq təbii yolla mübarizə üsullarından istifadə etməyi təklif edir”, – deyə o, qeyd edib.