Volvo iki yeni modelini satışa çıxarıb

Date:

Paylaş:

Ukraynada isveç istehsalçısının iki yeni məhsulu satışa çıxarılıb: universal Volvo V60 Cross Country və sedan Volvo S60. Üçüncü nəsil-də plarforma dəyişib və müasir texnologiyanın çoxlu yenilikləri əlavə edilib.

İlk növbədə onu demək olar ki, onun təməlində yeni Scalable Product Architecture(SPA) modul arxitekturası dayanır. Bu da hibrid aqreqatlar daxil etməyə imkan verir. Lakin hələ ki, yalnız  benzinlə olan versiyaları məlumdur, dizel isə olmayacaq. Kapotun altında 190 at gücündə iki litrlik dörd silindrli turbo mühərriklə təchiz olunub və səkkiz diapazonlu avtomatla 300 Nm fırlanma anı hasil edir. Dörd təkər ötürücülü transmissiyalar da olacaq, amma orada artıq iki litrlik mühərrik 250 at gücünə və 350 Nm-ə malik olacaq.

Bu 60-cı seriyanın üçüncü nəsli kompleks aktiv təhlükəsizlik sisteminə cavab verir.

Onlarda Autobrake funksiyalı Volvo City Safety  sistemi var. Bu sistem avtomatik əyləc sayəsində piyadaları və sürücüləri toqquşmadan xilas edir. Pilot Assist funksiyası isə 130 km/saat sürətlə işləyir  və magistral yollarda və sıxlıq olan şəhərlərdə avtomobillərin idarə olunmasını asanlaşdırır. Hava şəraitindən asılı olaraq isə yaranan çətin vəziyyətlərdən çıxmaq üçün  Volvo S60-da yoldan çıxmanın qarşısını alan sistem (Run-off road Mitigation) quraşdırılıb. Bu yenilik, avtomobilin 65-140 km/saat sürətdə trayektoriya ilə yoldan çıxmasını aşkar edə bilir və əlavə Run-off Road Protection sistemi isə yoldan çıxmaqdan yayınmaq mümkün olmadıqda, xoşagəlmz nəticələrin baş verməsi hallarını azaldır.

Yeni avtomobillər iki komplektasiyada təqdim ediləcəklər – R-Design və İnscription. Onlar salonlarında və eksteryerdə olan detallarla , həmçinin çoxlu əlavə xidmətlərə görə fərqlənirlər. Bu modellər damüstü reylinq və əlavə olaraq, yerdən 66 mm məsafəli klirens-ə malikdirlər.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...