Startapçılar nə istəyirlər – Ryan Hoover-in sorğusu

Date:

Paylaş:

ProductHunt və WeekEnd Found-un qurucusu Ryan Hoover 300 nəfərdən çox adamın iştirak etdiyi startapçılar arasında sorğu keçirib. Nəticələri barədə Medium-da açıqlama verib.

Startapçılar nə istəyirlər

56%-i faizi işini tərk etmək və özünü layihəyə həsr etmək istəyir, 29% – bu barədə düşünür, 14,6% isə işini tərk etmək niyyətində deyil.

İşə götürməkdən imtina səbəbləri – pul (70%), “Traction”(layihənin nə dərəcədə həyata keçiriləcəyi) olmaması (24,5%), ideyaların uğuruna əminliyin olmaması (21,4%).

81% -i heç vaxt akselerator-da iştirak etməmişdir, 13,3% buna cəhd etmişdir və keçməmişdir.

86%  heç vaxt vençur maliyyələşmə əldə eməmişdir.

İş necə qurulub

54% startapçı layihə üzərində özü tək işləyir.

24% həftədə 5 saatdan 10 saata kimi buna vaxt sərf edir, daha 23,4% -i 2 saatdan 5 saata kimi, təxminən 17% isə 15-25 saat vaxt ayırır.

52,1% məhsulun 50-dən az istifadəçisi var.

Startaplar nə qədər qazanır

54,4% şirkətin gəliri var, lakin 95%-i ayda 5000 dollardan az qazanır.

Ən çox pay (34,9%) startaplara 100-500 dollarla gəlir. 2,4%-i 25 000 dollardan çox qazanır.

Sorğu iştirakçılarının 52%-i inanırlar ki, onların layihələri 100 milyon dollardan çox dəyəri olan şirkətə çevrilə bilər.

Hoover özü belə yazır ki, startapla məşğul olmanın düzgün yolu yoxdur. Onun fikrincə hazırki sayt-layihələr arasında çoxlu yüksək potensiallı şirkətlər var.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...