“Samsung” 5G vasitəsilə məsafədən idarə olunan dünyanın ilk avtomobilini təqdim edib

Date:

Paylaş:

“Samsung” şirkəti Qudvud sürət festivalında (Goodwood Festival of Speed) beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) vasitəsilə məsafədən idarə olunan dünyanın ilk avtomobilini təqdim edib.

Məlumata görə, eksperimental avtomobil “Lincoln MKZ” modeli əsasında yaradılıb. O, virtual reallıq (VR) mühitində işləyən “Designated Driver” distansiyalı idarəetmə sistemi ilə təchiz edilib.

Platforma “Samsung Gear VR” qarniturunun və “5G” şəbəkəsi vasitəsilə məlumatların ötürülməsi üçün terminal qismində çıxış edən “Samsung Galaxy S10 5G” smartfonunun tətbiqini nəzərdə tutur.

Qeyri-adi avtomobilin imkanlarının nümayişi zamanı drift üzrə çempion Von Qittin avtomobili virtual reallıqda distansiyadan idarə edərək dünyanın məşhur “Goodwood Hillclimb” yolunun keçilməsini göstərib.

Bildirilir ki, informasiyanın ötürülməsi üçün dünyanın ən məşhur mobil rabitə operatorlarından olan “Vodafone” şirkətinin yüksəksürətli “5G” şəbəkəsindən istifadə olunub.

“Qudvudun digər nöqtəsində olan sürücü avtonom avtomobili virtual reallıq eynəyi vasitəsilə idarə edir. “Vodafone 5G” şəbəkəsi “4G” ilə müqayisədə məlumatların 10 dəfə sürətli ötürülməsini və siqnalın cüzi yubanmasını təmin edir ki, bu da ani çağırışın həlledici əhəmiyyətə malik olduğu vəziyyətdə çox vacibdir”, – layihə iştirakçıları bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...