Azərbaycan gilası Afrikaya ixrac edilib

Date:

Paylaş:

Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC Birləşmiş Ərəb Əmirlikləri və Nigeriyaya Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirir.

Bu barədə “Dövlət Aqrar Ticarət Şirkəti” (DATŞ) MMC-dən bildirilib.

Məlumata görə, bu günlərdə Nigeriyaya növbəti belə bir ixrac əməliyyatı baş tutub. Belə ki, Şirkətə müraciət edən Xaçmaz rayonunun Manafoba kənd sakini Cabir Ağcabəyovun öz pay torpağında yetişdirdiyi “Napoleon” sortu gilas məhsulu Nigeriyaya ixrac edilib, məhsulun ödənişi isə ona “Fermer kartı” vasitəsilə edilib.

Dövlət Aqrar Ticarət Şirkətinin vasitəsilə Nigeriyaya ixrac edilən Azərbaycan gilası artıq paytaxt Abucanın marketlərində satışa çıxarılıb və yerli əhali tərəfindən maraqla qarşılanıb.

DATŞ-ın direktoru Leyla Məmmədova ixrac əməliyyatlarının davamlı olacağını bildirib:

“Şirkətimizin fəaliyyətə başlamasından bir il ötür. Bu müddət ərzində fəaliyyət məqsədlərimizə uyğun olaraq, kiçik və orta fermer təsərrüfatı sahiblərinin məhsullarının satışına dəstək göstərmiş, onlar üçün yeni satış kanalları yaratmaqla bərabər, məhsulların qablaşdırılmasını həyata keçirmişik. Eyni zamanda Azərbaycan kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı ilə məşğul olmuşuq, ənənəvi bazarlarla yanaşı, yeni bazarlar axtarışındayıq və bu fəaliyyətimiz uğurla davam edir. Hal-hazırda Dövlət Aqrar Ticarət Şirkəti olaraq Ukrayna, Rusiya, Gürcüstan, Nigeriya, Birləşmiş Ərəb Əmirliklərinə kənd təsərrüfatı məhsullarının ixracını həyata keçiririk. Zaman keçdikcə ixrac etdiyimiz məhsulların həcmi və çeşidi, eyni zamanda ixrac edilən ölkələrin sayı artan templə davam edir. Azərbaycan kənd təsərrüfatı məhsullarına xarici ölkələrdə maraq böyükdür, çünki bizim məhsulların dadı və keyfiyyəti digərlərindən üstündür”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...