İstənilən bir sahədə bizi heyran edən insanlar var. Bizi heyran edən onların güclü iradəyə malik olması və şəraitdən asılı olmayaraq hədəflərə çatmasıdır.
Qlobal biznes dünyasının tarixində də belə insanlar var və onlardan biri Sam Walton-dur. O, Wall-Mart adlı riteyler şəbəkəsinin təsisçisidir, bu brend bütün dünya üzrə tanınıb.
Sam Walton bunu necə bacarıb? Müvəffəqiyyətinin bütün sirrini ortaya qoymasa da, o, parlaq biznesinə aid olan əsas prinsiplərini bölüşüb.
Sam Walton-un prinsipləri
Prinsip №1: Sadiq olun. Əgər müəyyən bir sahədə müvəffəqiyyətli olmaq istəyirsinizsə, işinizə sadiq qalmalısınız. Nə olursa olsun, biznesinizə və müvəffəqiyyətinizə inanın.
Prinsip №2: Səxavətli olun. Əməkdaşlarınıza münasibətdə səxavətli olun. Onlar şirkətin əsas və ən vacib hissəsidir. Biznesdən qazandığınız hər bir şeylə bölüşün və heç vaxt onlara “yuxarıdan aşağı” baxmayın. Onlarla tərəfdaşlıq münasibətlərini qurun.
Prinsip №3: İnformasiyanı bölüşün. Əməkdaşlarınız şirkət haqqında sizdən az bilməli deyillər. Biznesə dair hər bir yeni məlumatı onlarla da bölüşün. Əgər onlar şirkətin daxilində baş verən hadisələrdən xəbərdar olsalar, daha effektiv işləyə biləcəklər.
Prinsip №4: Minnətdar olun. Zamanında və yerində ürəkdən gələn minnətdarlıq – əməkdaşları motivasiya etməyin ən asan və effektiv vasitəsidir.
Prinsip №5: Yolunuzdan dönməyin. Digərlərə fikir verməyin. Öz yolunuzu seçərək, hədəfinizə doğru gedin.
Prinsip №6: Xərclərə diqqət yetirin. Digər şirkətləri izləməkdənsə, öz şirkətinizə vaxt ayırın. Rəqiblərin yox, öz xərclərinizə nəzarət edin. Bu, daha faydalıdır.
Prinsip №7: Bir addım irəlidə olun. Siz müştərilərin bir həftədən, aydan və ildən sonra sizdən nə istəyəcəyini bilməlisiniz.
Prinsip №8: Hər bir insanın fikrini nəzərə alın. Hər bir əməkdaşınız biznes üçün düşündüyünüzdən daha çox dəyərlidir. Onların hər birini diqqətlə dinləyin və orta qərara gəlməyə çalışın.
Prinsip №9: Səhvlərinizi boynunuza alın. Əgər səhvə yol verdinizsə, boynunuza alın. Bu halda gələcəkdə eyni səhvin təkrarlanmasından qurtulmuş olacaqsınız.
Prinsip №10: Özünüzü çox da ciddiliyə almayın. Özünüzə və əməllərinizə gülməyi bacarın. Bu, çətin günlərdə sizə daha optimist olmağa kömək edəcəkdir.