Şirkət inkişafa yeni maliyyələşmə cəlb edib, lakin onun həcmi açıqlanmır.
“Bolt” taksi sifarişi xidməti ( 2019-cu ilin martına kimi – Taxify) yeni maliyyələşmə raundunu bağlı elan edib. Bunu şirkətin nümayəndəsi öz açıqlamasında bildirib. Məbləği və səhmdarları isə açıqlamayıblar.
Bolt-un qiymətləndirilməsi 1 milyard dolları ötüb. 1 milyard dollara 2018-ci ilin mayında çatmışdı. TechCrunch məlumat verir ki, əməliyyatda İsveçin Nordic Ninjas fondu, Britaniyanın investisiya şirkəti Naya Capital, Skandinaviyanın Creandum-u və San-Fransiskodan G Squared iştirak ediblər.
Səhmlər, xidmətin 2019-cu ilin iyunundan işləməyə başladığı Londonda inkişafa və digər ölkələrə də çıxışa ayrılacaq. 2019-cu ilin aprelində Bolt Rusiya ilə işləməyə başlayıb və Sankt-Peterburqda xidmət təqdim edib.
“Bolt” Tallində 2013-cü ildən fəaliyyətə başlayıb. Yarandığından bəri şirkət son raund hesaba alınmadan, Didi, Daimler,Spring Capital və Korelya Capital səhmdarları arasında 185 milyon dollar cəlb edib.