Diskont-mağaza nədir və populyarlığı nə ilə bağlıdır?

Date:

Paylaş:

Gəlin razılaşaq ki, bizlərdən bir çoxumuz yüksək keyfiyyətli brendlərin məhsullarını münasib qiymətə almaq istəyir. Bu mövsümün endirimli məhsullarını qaçırmamaq üçün diskont mağaza, autlet, stokun nə olduğunu başa düşmək lazımdır. Bizim mövzu ilə bağlı kiçik məqaləmiz sizə bununla bağlı dəstəkçi olacaq.

Diskont-mağaza nədir?

Diskont-mağaza, diskont-mərkəz – bu stokda olan məhsulların satıldığı ticarət nöqtəsidir. Burada satılmayan kolleksiya olur. Məsələn bunlar geyim, elektronika, idman malları, texnika və s. ola bilər.

Stokda olan məhsullar hardan əldə edilir?

Onların mənbələri bir çox ola bilər. Məsələn, topdan satış mərkəzləri, kiçik zavodun istehsalı olan məhsullar, məmulatların müəyyən növünün təkrar istehsalı, aktual mövsümdə satılıb bitməyən məhsulları, orjinal brendlərin bir çox səbəbə görə, satışa çıxarılmamış məhsulları və s. ola bilər.

Diskont-mağazaların növləri

Ayaqqabı və geyim üzrə diskont mağazaların 2 növü olur:

Monobrend-Burada bir istehsalçının kolleksiyasının artıq qalanları satılır. Belə mağazaları tapmaq çox sadədir. Belə ki, bu cür mağazaların adları da brendin adı ilə başlayır. Ancaq yanında diskont ön hissə olur. Məsələn, Adidas diskont mağaza. Maraqlısı budur ki, belə məhsulların adı orijinal qalır, amma orjinaldan fərqli olaraq ticarət mərkəzlərində satılır. Burada brendin pərəstişkarlarını tapmaq, əsasən çətin olur.

Multibrend: Burada isə siz müxtəlif istehsalçıların satılmayan məhsullarını tapa bilərsiniz. Əsasən, burada olan məhsullar orijinal olmayan, Çin istehsalı olanlardır. Ancaq multibrend diskont mağazalarının çoxu öz vitrinlərində “lakşeri” məhsulları nümayiş etdirirlər.

Diskont-mağazaların Rusiyada tarixi necə olub?

Diskont -mağazalar ilə Rusiyalı əhalinin əksər hissəsi 1998-ci ilin avqust maliyyə böhranından sonra tanış olub. Həmin vaxt, sahibkarların satılmayan məhsullarının böyük bir qalığı əldə edilmişdi. Həmin ildə baş verən böhran hamıya təsir etmişdi. Bahalı xarici geyim istehsalçılarına, topdan satış firmalarına, pərakəndə satıcılara və s. Onlar öz auditoriyasını orta sinif klassdan seçməli oldular. Qeyd olunur ki, belə mağazalarda satılan məhsulları ucuz və keyfiyyətsiz kimi xatırlamaq düzgün olmazdı. Belə ki, borc alanlar böhrana görə, öz öhdəliklərini yerinə yetirə bilmirdilər. Nəticədə banklar isə öz itkilərini minimallaşdırmaq üçün müxtəlif yollara əl atırdılar. Demək lazımdır ki, stok məhsullar ilə ticarət təcrübəsi o vaxt Avropa, Amerikada geniş yayılmışdı. Rusiyada isə mövcud təcrübəni sadəcə öz relslərinə qoymaq qalırdı.

Diskont və orijinal mağazalar

Məsələn, “Adidas”ın diskont mağazası ilə “Adidas Orginalın fərqi nədir? Əsas fərq odur ki, brend mağazada siz münasib qiyməti yalnız satın alma zamanı əldə edə bilərsiniz. Diskont isə daima endirimin olduğu yerdir. Orda olan məhsullar da orijinaldır, amma ya köhnə kolleksiyadan və çətin tapılan ölçülərdə olurlar. Bəzən isə kiçik zavodların istehsal etdikləri olur.

Diskont və stok

O zaman diskont-mağazada olan geyim və ayaqqabılar stokdan olandan nə ilə fərqlənir? Bəlkə bu anlayışlar eynidir?

Diskont bir və ya bir neçə brendin genişmiqyaslı ticarət nöqtəsidir. Bura əsasən, orijinal mağazada olan bütün məhsullar gətirilir. Bunlar isə il ərzində (bəzən yarım il, il yarım) satılmayan məhsullar olur. Həmçini belə orijinal məhsullar bəzən müştərilər tərəfindən tələb olunmayan olur. Bura həmçinin bəzən qüsuru olan geyim və ayaqqabı da gətirirlər.

Diskont və autlet

Autlet də eyni satış nöqtəsidir, amma burada həmişə multibrend məhsul tapmaq olur. Bura öz böyüklüyü və ölçüsü ilə təəcübləndirir. Burada siz moda butiklərində və satılmayan kolleksiyadan olan brendlərin məhsullarını tapa bilərsiniz. Bura məlumatlar, həmçinin fabrik konveynerindən gəlir. Autletdə siz müxtəlif qiymət və stildə məhsul tapa bilərsiniz. Ölkədən asılı olaraq, onlar öz plusları ilə fərqlənir. Məsələn, Amerikada siz olduqca demokratik qiymətlər ilə tanış ola bilərsiniz. Avropada isə siz eksklüziv məhsullar tapa bilərsiniz. Rusiyada isə diskont-mağazalar insanlara autlet ilə müqayisədə daha tanışdır. Məsələn, 2011-ci ildə Moskvada Krokus Siti Moll-da “Modapolis”autletini açıblar.

Diskont mağazaların plus və minusları

Amma bununla birlikdə, alıcılar təəssüf ki, diskont mağazaların minuslarını da qeyd edirlər.

Qiymətlər. Orjinal mağazalarda olan qiymətlərdən aşağı, münasib və praktiki olmaya bilərlər. Hər şey diskont mağazalarında çalışanların vicdanından asılıdır.

Markanın məşhurluğu sizə keyfiyyətli məhsul alacağınıza zəmanət vermir. O, defektə malik ola, hətta öncə geyinilmiş də ola bilər. Diskontlarda bəzən 10 ilin köhnə məhsulları da təqdim edilib. Onların köhnə kolleksiyadan olması ilə yanaşı, bir minusu da fiziki köhnə olmasıdır.

Ölçülər: Bir qayda olaraq, diskont mağazalara çoxişlənən ölçüdə olan məshulların minimal miqdarı gəlir. Məsələn, bu daha çox böyük, ya da daha çox kiçik ola bilər. Burada nadir, eleqant, zərif nəsə tapmaq da nadir hallarda olur. Ya onlar köhnə kolleksiyadan olan qışqırdıcı rənglərdə, ya da çox gündəlik olur.

Beləliklə, biz sizə diskont-mağazaların əsas xüsusiyyətlərindən yazdıq. İndi siz orjinal market, autlet, stoku bir-birindən fərqləndirməyi bacarırsınız.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...