“Huawei” dünyanın “ağıllı” şirkətləri reytinqində birincidir

Date:

Paylaş:

Yüz iyirmi illik tarixə malik “MIT Technology Review” biznes jurnalı 50 “ağıllı” şirkətin reytinqini dərc edib. “TR50” adlı siyahıya sənaye nəhənglərindən tutmuş, gənc startaplaradək müxtəlif sahələri təmsil edən brendlər daxildir. Jurnalın reytinqi dünyanın ən nüfuzlularından hesab olunur.

Siyahıda məşhur “Tesla”, “Intel”, “Bosch”, “NVIDIA” ilə yanaşı, istehlakçılar arasında az tanınan bir sıra Çin şirkətlərinin yer alması maraq doğurur. Reytinqə isə son aylar adı çoxlu qalmaqallarda hallanan “Huawei” şirkəti başçılıq edir.

“MIT Technology Review” reytinqini şərh edən şirkətin Direktorlar Şurasının üzvü Uilyam Syun bildirib ki, son 30 ildə “Huawei” əsasən texniki və mühəndis innovasiyaları, eləcə də müştərilərin tələbatına əsaslanan həllərdə innovasiyalar tətbiq edib. “Biz bunu “1.0 innovasiyaları” adlandırırıq. Gələcəkdə “Huawei” nəzəri irəliləyiş və kəşflərə aid “2.0 innovasiyaları” ilə məşğul olacaq. Şirkət hərtərəfli inkişafa çalışır. İnnovasiyaların kəşfi dünya ekspertləri ilə əməkdaşlıq deməkdir. Bu prosesdə resurs və imkanlar ümumi olur, faydadan isə bütün insanlar və sahələr yararlanır”, – “Huawei” təmsilçisi qeyd edib.

Jurnal redaksiyası Çinin elektronika istehsalçısını kəşflər sahəsində innovator kimi qeyd edərək onu nəzəri inkişafda çoxlu təkliflərlə çıxış edən şirkət və hərtərəfli inkişaf edən brend adlandırıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...