Gələn həftədən Azərbaycan Rusiyanın Adıgey Respublikasından pendir ixracına başlayacaq.
Bu barədə Krasnoqvardeysk Süd Zavodunun direktoru Ruslan Teşev “Sovetskaya Adiqeya” nəşrinə bildirib.
Onun sözlərinə görə, zavod artıq Azərbaycanın distribütorlarından biri ilə müqavilə bağlayıb: “Bu distribütor Adıgey pendirini ölkənin ən iri ticarət şəbəkələrinə çatdıracaq. Hesablamalarımıza görə, artıq ilk partiyanı gələn həftə yola sala biləcəyik. Azərbaycana bütün yumşaq pendirlərimizi tədarük edəcəyik”.
O qeyd edib ki, bu gün Adıgey pendiri Almaniya, Birləşmiş Ərəb Əmirlikləri bazarlarına tədarük edilir: “Türkiyəyə ixracla bağlı danışıqlar aparılır”.