Çinin ən varlı biznesmenlərindən biri Van Çjenxua iki gün əvvəl Şanxayda həbs olunub. Bu hadisədən sonra ona məxsus olan “Future Land” şirkətinin səhmləri 32% ucuzlaşıb və milyarderin mülkü 2 milyard dollar azalıb. Qeyd edək ki, “S-Enjoy Service” şirkəti də ona məxsusdur, şirkətin dəyəri 1/3 qədər azalıb.
Forbes jurnalının verdiyi məlumata görə, hal-hazırda milyarderin mülkü 4,4 milyard dollar təşkil edir.
“Future Land” Van Çjenxuanın həb edilməsi faktını bir daha təsdiq edib. Şirkət öz bəyanatında biznesmenin fəaliyyəti ilə heç bir əlaqəsi olmayan “şəxsi səbəblərdən” həb olunduğunu qeyd edir. Qeyd edək ki, Van Çjenxua direktorlar şurasının sədri vəzifəsindən uzaqlaşdırılıb. Hal-hazırda onun öhdəliklərini 31 yaşlı oğlu Van Syaosun icra edir.
Şanxayın Putuo rayonunun ictimai təhlükəsizlik bürosunun verdiyi məlumata görə, Van soyadlı bir şəxs nalayiq davranışda ittiham olunub. Məhbusun tam adı açıqlanmır.