Artıq inəklərin xəstəliyini hərəkətlərinə görə müəyyən etmək mümkün olacaq

Date:

Paylaş:

Fermerlər üçün “ağıllı” köməkçi olan Ida tətbiqi hazırlanıb. Onunla Avropa iqtisadiyyatı illik gəliri 30 min avroya çatdıra  və heyvanlara iki dəfə daha az antibiotik verə bilər.

Ida tətbiqi məhz südçülük üçün nəzərdə tutulmuşdur.

Onun köməyi ilə fermerlər heyvanlara qulluqla bağlı məsləhətlər alır, onların məhsuldarlıq qabiliyyətini və sağlamlıq durumlarını qiymətləndirir, həmçinin, qidalarında dəyişiklikləri izləyirlər.

Bunun üçün inəyin boynuna akselerometr sensoru taxılır. O, gün ərzində heyvanın hərəkətləri haqqında məlumat toplayır – eynilə insanlar üçün olan fitnes-treker kimi.

Ardınca Ida məlumatları təhlil edir və heyvanın nə  hərəkətlər etdiyini müəyyən edir.

Və bu hərəkətləri qiymətləndirməklə Ida nəticələr çıxarır.Məsələn əgər inək çox hərəkət edirsə, az yatır və qidadan bir müddət imtina edirsə, demək , onda ovulyasiya prosesi başlayır.

Bu zaman assistant fermerə hadisənin vaxtını da bildirən “push” və ya SMS-bildiriş göndərir. Belə bir xəbərdarlıq fermer üçün ovulyasiyanı qaçırmamağı təmin edir. Bu da südsüz qalmaq və gəlir əldə edə bilməmək riskini azaldır.

Köməkçi tətbiq həm də inəyin hər hansısa xəstəliyinin əlaməti ola biləcək qeyri-xarakterik hərəkətlərinə də fermerin diqqətini yönəldir.

Bəzi hallarda tətbiq sərbəst şəkildə özü xəstəliyin diaqnozunu qoyur.

Köməkçi-tətbiq heyvanlar haqqında məlumatları toplayır və onların əsasında fermerə daha məhsuldar olanlarını seçməkdə yardım edir.

Ida qidanın tərkibindəki dəyişikliklərə də nəzarət edir, belə ki, bu da kənd təsərrüfatında effektivliyə təkan verir.

Ida-nın yaradıcısı olan Microsoft-un keçmiş top-meneceri Yasir Xoxar-ın sözlərinə görə, “ağıllı” köməkçi sayəsində 100 baş heyvanı olan avropa ferması illik 30 min avro gəlir əldə edə bilər.

Bu yeni tətbiqin üstünlüyü ondadır ki, eyni anda bir neçə baş heyvana vizual baxış keçirmədən hər bir fermer daha tez bir zamanda onların sağlamlığı barədə məlumatlar əldə edə bilir. 

Eyni inək bir ildə 5000 litr də 10 000 litr də süd verə bilər və bu onun sağlamlıq durumundan aslıdır.Məhsuldarlığın yüksək olması isə gəlirin yüksək olması deməkdir.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...