“Bakı Metropoliteni” QSC mebel alınması ilə bağlı iyunun 24-də elan etdiyi tenderin qalibini açıqlayıb.
Bu barədə qurum dövlət qəzetinə verdiyi elanda qeyd edib.
Vurğulanır ki, mebel və mebel aksesuarlarının alınması ilə bağlı tenderin qalibi “Qardaşlar Mebel-3” MMC olub. Belə ki, şirkətlər arasında 261 min 794 manatlıq mebel və aksesuarlarının alınması ilə bağlı müqavilə imzalanıb.