“Renault” şirkəti “Captur” modelinin yeni nəslini təqdim edib

Date:

Paylaş:

Renault şirkəti rəsmi olaraq Captur modelinin yeni nəslini təqdim edib. Avropada populyar olan krossover yeni platformaya, C-şəkilli tərtibatı olan işıq texnikasına, daha keyfiyyətli tərtibat materiallarına və hibrid güc qurğusuna sahib olub.

Renault Captur modelinin yeni nəsli CMF-8 platformasında inşa edilib. Yeni platforma sayəsində krossover sələfindən 107 mm uzun, 19 mm enli, 7 mm hündür olub. Renault mühəndisləri yeni platformanın tətbiqinin salonu daha geniş etdiyini qeyd edirlər.

Renault Captur
Renault Captur

Eksteryer dizaynına gəldikdə, yeni avtomobil sələfinə oxşasa da, onun dizaynı ciddi şəkildə yaxşılaşdırılıb – kuzov çıxıntılı səthlərə malikdir, işıq texnikasında isə, C-şəkilli elementlər peyda olubdur. Qeyd etmək gərəkdir ki, avtomobilin işıq texnikası tamamilə işıqdiodlarından hazırlanıb.

Yeni krossoverin interyeri də tamamilə başqadır – burada Clio və Zoe hetçbeklərinin tanış cizgilərini görmək olar. Bununla yanaşı tərtibat materiallarının da keyfiyyəti yüksəldilibdir. Captur modelini analoq cihazlar paneli ilə yanaşı, virtual panellə də sifariş etmək olar. Ötürmələr qutusunun yeni formalı dəstəyi sayəsində mərkəzi tonneldə smartfonları doldurmaq üçün induksion meydança peyda olubdur.

Renault Captur
Renault Captur
Renault Captur
Renault Captur

İlk zamanlarda, Renault Captur modeli üç benzin və iki dizel mühərriki ilə təklif ediləcəkdir. Bunlar, 100 at qüvvəli 1,0-litrlik, 129 və 155 at qüvvəli 1,3-litrlik benzin turbomühərrikləri, həmçinin 95 və 114 at qüvvəli 1,5-litrlik dizel aqreqatlarıdır. Transmissiyalar beş və altı pilləli mexaniki, yeddi diapazonlu iki muftalı robotlaşdırılmış ötürmə qutularıdır.

Gələn ilin birinci rübündə Captur krossoveri Renault-Nissan-Mitsubishi alyansının məhsulu olan hibrid güc qurğusu ilə təklif ediləcəkdir. Bu qurğunun tərkibinə 1,6-litrlik benzin mühərriki və iki elektromotor daxil olacaqdır. Qurğunun hasilatının 150 at qüvvəsi olacağı ehtimal edilir. Hibrid krossover elektrik ötürməsi ilə 60 km qət edə və 135 km/saat həddinə qədər sürətlənə bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...