Zərərçəkənlərlə bağlı məlumat yoxdur.
Facebook, şirkətə daxil olmuş şübhəli bağlama səbəbindən dörd ofisini boşaldıb. Reuters-dən bildiriblər ki, götürülən nümunələrdə zəhərli zarin qazının olması ehtimalı özünü doğruldub.
Mərkəzi binaya yaxın olan və poçt işlərinə baxan ofisdə karantin elan edilib, AP bildirir. Digər üç bina isə yenidən fəaliyyətini davam etdirib.
Bağlama yerli vaxtla səhər saat 11 radələrində gəlib. Onunla təmasda olan iki nəfər yoxlamadadır və hələ ki, onlarda zəhərlənmə əlamətləri aşkarlamayıb.
“ Facebook bütün daxil olan göndərişləri yoxlayır və onlardan biri müsbət nəticə verib. Bu barədə şirkət, standart protokol tərtib edib. İndi biz həqiqətən də təhlükənin olub-olmamasını bilmək üçün təhlilin nəticələrini gözləyirik” – deyə, Menlo-park şəhərinin yanğından mühafizə inspektoru John Johnson qeyd edib.
Facebook-da bildiriblər ki, yoxalam hələ başa çatmayıb və bu işə FTB də cəlb olunub.
Zarin, ölümcül təhlükəli, sinir iflicedici zəhərli maddədir. 1993-cü ildə BMT ölkələri tərəfindən imzalanmış kimyəvi silahlar haqqında Konvensiya ilə istifadəsi qadağan olunmuşdur.