Son iki gün ərzində bitkoin 1500 dollaradək ucuzlaşıb. Belə ki, iyunun 28-də 12.430 dollar səviyyəsində olan ilk kriptovalyutanın məzənnəsi 1 iyul səhəri 10.943 dollaradək azalıb.
Həmin müddət ərzində bitkonin satış həcmi də 35 milyard dollardan 28 milyard dollaradək azalıb. Bitkionin bazardakı payı dörd gün əvvəlki 63,2 faizdən hazırda 61,4 faizədək azalıb.
Ən çox kapitallaşan 100 kriptovalyuta arasında son 24 saat ərzində cəmi 14-ü bahalaşıb, ən çox da holo – 16 faiz.