Amazon mühəndisi pişiklərlə bağlı süni zəka hazırlayıb

Date:

Paylaş:

Amazonun mühəndisi Ben Hamm Metrik adlı  pişiyin evə ölmüş quş və siçan gətirməsinin qarşısını alan proqram işləyib. Bu yeni süni zəka alqoritmi barədə The Verge nəşri xəbər verib.

Ignite Seattle tədbirindəki çıxışı zamanı mühəndis pişiyinin tez-tez evə ölü şikarlarını gətirməsindən danışıb. Bildirib ki, bunun qarşısını almaq üçün təbii ki, onu nə küçədə qoya, nə də evdə bağlaya bilməzdi.

O, ölü heyvanların evə daxil olmasının qarşısını almaq üçün alqoritm hazırlamaq qərarına gəlib. O, ev heyvanı öz ölü şikarı ilə evə daxil olmaq istədiyi vaxat qapını kilidləyir. Hamm, Amazon DeepLens dərin təlim texnologiyalı kamera alıb və onu giriş qapısının ağzında yerləşdirib. O, 23 min şəkil çəkib və onları süni zəkanın öyrənilməsi üçün dörd qrupa ayırıb. Buna Hamm bir neçə ay sərf edib.

Sonra o bütün şəkilləri maşın öyrənmə xidmətinə əlavə edib və pişik öz şikarı ilə içəri daxil olarkən ona 15 dəq.-yə qapını bağlayan alqoritmi işləyib hazırlayıb. Bundan başqa, kamera Metrikin şəklini çəkib onu sahibkara göndərir.Süni zəka həm də ölmüş heyvanı quşların müdafiəsi üzrə Audubon Society təşkilatına göndərir.

Beş həftə ərzində texnologiya beş dəfə  Metriki içəri buraxmayıb. Bir dəfə isə təmamilə səhvən pişiyi ağzında ölü heyvan olmadan küçədə qoyub. Mühəndis,digər insanları da belə bir problemdən qurtarmaq üçün alqoritmi digər pişiklər üzərində də öyrənmək istəyir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...