Mürəkkəb səhra şəraitində işləyən mütəxəssislər üçün mühafizəli planşet təqdim olunub

Date:

Paylaş:

Mürəkkəb səhra şəraitində işləyən mütəxəssislər üçün mühafizəli planşet təqdim olunub

“Getac” şirkəti sənaye müəssisələri, kommunal şirkətlər və fövqəladə xidmətlərin mütəxəssislərinin işini effektivliyi artırmaqla kompakt form faktorda yüksək etibarlılıq və məhsuldarlığı birləşdirən “UX10” mühafizəli planşetini təqdim edib.

Planşetin konfiqurasiyasına “Intel Core i7-8565U” və ya “i5-8265U” prosessoru, 8 giqabayt operativ yaddaş və 256 giqabayt tutumlu bərkcisimli toplayıcı daxildir. Operativ yaddaşı, həmçinin 16 giqabaytadək artırmaq mümkündür.

Planşet 10,1 düymlü və 1920 x 1200 piksel təsvir ölçülü “IPS” tipli ekranla təchiz edilib. Displeyin maksimal parlaqlığı 1000 kandel kvadratmetr (kd/m2) təşkil edir. Ekran bir neçə toxunuşu tanıyan və nəm əllərlə və əlcəklə daxil olmanı dəstəkləyən tutumlu sensorla uyğunlaşdırılıb. Sensor ekranla yanaşı, altı düymə mövcuddur.

Qurğunun mühafizə dərəcəsi IP65 standartına uyğundur. “MIL-STD-810G” testinin tələblərinə uyğunluq planşetin 1,8 m hündürlükdən düşməyə dözümlü olmasını sübut edir. Bundan başqa, planşet -29 dərəcədən +63 dərəcəyədək temperaturda iş qabiliyyətini qoruyur.

276,8 x 194,5 x 23,5 qabaritli qurğunun çəkisi 1,22 kq təşkil edir. “Getac UX10” planşeti üçün ilkin sifarişlərin qəbuluna avqustdan etibarən başlamaq nəzərdə tutulur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...