iPhone, iPad və digər Apple məhsullarının dizaynını işləyib hazırlayan əfsanəvi dizayner Jonathan Ive ilin sonunda şirkəti tərk edir.
Onun öz postunu tərk etməsi xəbəri şirkətə 9 milyard dollar kapitalizasiyaya başa gəlib. Bu demək olar ki, VTB bankın kapitalizasiyasına bərabərdir və Tinkoff-un dəyərindən iki dəfə çoxdur.
Bu təəccüblü deyil. Apple nə ilk fərdi komputerin, nə ilk smartfonun, nə də ilk tətbiqlər mağazasının yaradıcısı deyil. Lakin Steve Jobs-un qayıdışından sonra onun şirkəti, bu məhsulları, onların sənayeyə barabər olması üçün necə hazırlamaq lazım gəldiyini göstərə bilib. Və Jonathan Ive-in dizaynı olmadan bu mümkünsüz idi.
Bizim qalereyada – Apple-ın, Ive-nin sayəsində həyata keçirilən uğurlu, uğursuz və sadəcə orijinal işləri var.
Apple iMac G3
Jobs-un qayıdışından sonra fərdi komputerin ilk verisyası 1998-ciildə təqdim edilib. Həmin vaxt bazarın lideri Windows əsaslı komputerlər idi, rəqiblər dizaynla oynamaq istədilər, lakin bu onlarda alınmadı – istifadəçilər güc və gözəl görüntüyə üstünlük verirdilər. Apple öz əməliyyat sistemi və Jonathan Ive-nin dizaynı sayəsində rəqiblərindən fərqlənə bilib – artıq 1999-cu ilin əvvəlində şirkətin səhmləri 1998-ci ilin yanvarındakı 0,65 dollarla müqayisədə 1,47 dollar olub.