Güclü biznesi necə qurmaq olar

Date:

Paylaş:

Güclü biznes pul və sevinc hissi, zəif biznes isə problem və stress gətirir. Güclü biznesin yaxşı reputasiyası olur, o, müştəri cəlb edir və rəqibləri qorxudur. Zəif biznes də bunun əksinə. Ən acı tərəfi ondan ibarətdir ki, zəif biznes rəqiblərin gülüş hədəfi olur.

Rəqiblərin kiminsə zəif biznesi haqqında nəsə deyib gülməsini təsəvvür etmək insana pis təsir edir. Bir sözlə, zəif biznes – bir ələ salmaq vasitəsidir.

Güclü biznes də öz növbəsində bir çox üstünlüklərə malikdir. Hər şeydən öncə güclü biznesə rəğbətlə yanaşırlar və hamı bilir ki, güclü biznes cəzalandıra da bilir.

Öz gücünə güclü biznes

Biznes ya güclü olub bu istiqamətdə davam edir ya da zəif olub elə zəif istiqamətdə də gedir. Bu vəziyyətdə orta hal yoxdur. Hər bir vaxt üçün biznes ya güclənir ya da zəifləyir.

Güclü biznesin əsas üstünlüklərindən biri odur ki, o, hər şeyin ən yaxşısını – ən yaxşı əməkdaşlardan tutmuş ən yaxşı müştərilərə qədər hər bir şeyə malik olur. Güclü biznesi zəif biznesdən ayırmaq çox asandır, çünki güclü biznesin zəifdən fərqli olaraq öz sloqanı olur. Sloqan da biznes üçün  yeni və çox təsirli inkişaf yolları açır.

Sloqansız bu yolu getmək mümkün deyil. Sloqan biznesi güclü edir, çünki o, biznesin ideyasını təqdim edən teleqüllə rolunu oynayır. Bu teleqüllə ilə əlaqə yaradan hər kəs dərhal biznesdən enerji alır. Məhz bu enerji biznesin gücü kimi əks olunurlar.Enerji nə qədər güclü olarsa biznes də bir o qədər güclü görünür.

Güclü biznesə necə nail olmalı

Güclü biznes əsas etibarı ilə güclü ideya deməkdir, sloqan isə bu ideyanı müştərilərə, tərəfdaşlara və rəqiblərə təqdim etmə vasitəsidir. Biznesin ideyasını təqdim edən sloqan güclü olmaqla sanki bir hücum silahı rolunu oynayır.

Rəqiblərinizdən intiqam almaq üçün sloqandan daha güclü bir vasitə çətin ki olsun. Rəqiblərlrə mübarizədə sloqanın ən böyük əı üstünlüyü ondan ibarətdir ki, o, öz işini təmamilə sizsiz görəcək. Siz sadəcə ona malik olmalısınız, qalan işləri isə o özü görəcək. Güclü sloqan vasitəsilə uzaqda olan rəqibləri asanlıqla yıxmaq mümkündür.

Biznesi necə güclü etməli

Güclü sloqan brendin təhlilini aparmağa və onun nə dərəcədə güclü olduğunu anlamağa imkan verir. Güclü sloqan ulduz kimidir, hər zaman digərlərindən yuxarıda gəlir və hər şeyin başlanğıcı deməkdir. Hər bir şey onun üzərindən dövr edir. Bu da onu müştərilər üçün diqqətəlayiq edir.

Aşağıda olan digər sloqanlar müştərilərə görünmür və bu da o deməkdir ki, onlar ona fikir vermirlər. Diqqət həmişə yalnız güclü sloqana olur. Bu o deməkdir ki, hər dəfə müştəriyə lazım olduqda ilk öncə sizin barənizdə düşünəcək. Rəqiblərin məhsulları onun fonunda sizin məhsulların bənzəri kimi görünəcək.

Rəqiblərin məhsulları haqqında belə fikirlərlə onları heç kim almayacaq, axı daha yaxşısı oln yerdə niyə qüsurlu bir məhsulu alsınlar ki. Digərlərinə qalib gələn ulduz sloqanı istehlakçılar alqışlayır və onun təmsil etdiyi məhsullara üstünlük verib onları da alırlar.

Problemsiz güclü biznes

Sloqan güclü biznesin silahıdır və onunla o, öz təbliğatını aparır. Güclü biznes güclü sloqansız olmaz, o vacib bir atributdur.

Sloqan ən əsas da rəqibləri hərəkətə gətirəcək gücə malikdir. Rəqiblər onun sayəsində sizə qarşı  mübarizə apara bilməyəcəklər. Onları daimi qorxu müşayiət edəcək. Onlar dərin depressiyaya düşəcəklər.

Güclü biznes rəqiblərin fırtınası kimi

Güclü sloqanın da çatışmazlıqları var. Yəni əgər sloqan güclüdürsə, sizə həsəd aparacaqlar, lakin bu sizin işinizə yarayacaq, çünki o rəqiblərdə güclü emosiyalar yaradacaq və onlar bunun öhdəsindən gələ bilməyəcəklər. Onlar ondan qurtulmaq istəyəcəklər. Sloqanı sizin üçün pulsuz reklam edəcəklər.

Bu reklama çəkilən xərcə və vaxta qənaət edir. Qənaət edilən vaxt və pulu isə yeni layihələrin gerçəkləşməsinə ayırmaq olar. Ondan da gələcəkdə yaxşı gəlir əldə etmək mümkündür. Demək, güclü sloqan güvənli dəstəkdir və onun sayəsində öz işlərinlə çox rahat şəkildə məşğul olmaq mümkündür.

O, sakitlik və xoşbəxtlik aurası yaradacaq. Hər qəpiyi saymaq lazım gəlməyəcək. Güvənli dəstək sayəsində biznesdə əminlik yaranacaq, o isə sizə sadiq müştəriləri güclü maqnit kimi özünə tərəf çəkəcək.

Ən güclü biznes

Sloqansız şirkətlər də var, lakin sloqanı olanların sayı günü-gündən artır.

Güclü sloqan və güclü biznes  – əsasında gücü ideyanın dayandığı vahid bir sistemdir. Bu sistem rəqiblərinizin sizi bazardan çıxarmaq cəhdlərinin qarşısında  çox yaxşı dayanmağı bacarır. O, çox effektiv bir sistemdir, lakin öz-özlüyündə deyil, keyfiyyətli marketinq vasitəsilə idarə olunarsa. Marketinq çətin olmayan və çox faydalı bir elmdir.

Bu elmi ən aşağı səviyyədə təkmilləşdirmək üçün  akademiya oxumaq lazım deyil, marketinq məqalələri oxumaq kifayətdir. Hər belə məqalə marketinq dərsidir.Nə qədər çox belə dərslər olsa, bir o qədər biznes üçün yaxşıdır. Bundan başqa lazım olan məlumatları marketinq üzrə konsultasiyalardan da əldə etmək mümkündür.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...