Hyundai şirkəti sedanlardan imtinanın yersiz və vaxtsız olduğunu, yeni yanaşma sayəsində belə kuzovları alıcılar üçün cəlbedici edəcəyini bildirib. Bu barədə Jalopnik saytına müsahibəsində Hyundai, Kia və Genesis markalarının məhsul strategiyasına cavabdeh olan Tomas Şemer bildirib. Top-menecer bu sinif avtomobillərdən imtinanın böyük səhv olduğunu da söyləyib.
Hyundai şirkəti sedanlara olan baxışın və onların bazarda tutduqları mövqeyi tamamilə dəyişdirməyin, dizayn cəhətdən sedanları krossoverlərdən daha çox ayırmağın tərəfdarıdır.
«Hesab edirəm ki, rahatlıq və münasiblik baxımından sedanların tayı-bərabəri yoxdur, – Şemer bildirib. – Onlar çox əla avtomobillərdir». Bu sözlərin sübutu kimi o, Hyundai Sonata modelinin səkkiznci nəslini misal gətirib. Sensuous Sportness firma üslubuna malik olan avtomobil sedandan çox dördqapılı kupe kimi qəbul edilir.