Forexdə qazanmaq üçün bir neçə vacib məsələlər var. Biz onları aşağıkı kimi sıralamışıq.
1. Lisenziyasız forex şirkətlərindən uzaq durun!
Foreksdə qazanmaq üçün ən vacib və diqqət ediləsi amillərdən biri kimi lisenziyası olmayan şirkətlərdən uzaq durmağınızdır. Çünki forexdə müflis olan insanlar haqqında maraqlansanız görərsiniz ki əksəriyyəti lisenziya sahibi olmayan forex şirkətləri ilə işləyiblər.
2. Reallıqdan uzaq düşünmüyün!
Cəzbedici forex reklamlarına aldanıb özünüzü itirməyin. Forex reklamlarında çox vaxt “100 dollar investisiya ilə milyonlar qazandım” kimi cümlələrə rast gəlirik. Bəli əslində burda qeyri-adi bir şey yoxdur. Həqiqətən də forex dünyasında belə hadisələr çox baş verir. Az məbləğlə böyük vəsaitlər qazananlar var. Ancaq iş orasındadır ki az məbləği saniyələr içərisində itirənlər də çoxdur! Uğur qazanmaq üçün ilk öncə kiçik hədəflərdən başlayın.
3. Demo hesabın üstünlüklərindən istifadə edin!
Forexdə qazanmaq üçün Forexlə bağlı saysız hesabsız məqalələr də oxusanız videolara da baxsanız praktika keçmədən qazanmağınız çox çətindir. Forex şirkətləri praktika üçün sizə demo hesab təqdim edirlər. Bu xidmətlərdən istifadə edərək virtual pulla eynilə həqiqətdə olduğu kimi əməliyyat etməyiniz mümkündür.
Demo hesab sizə praktiki olaraq əməliyyat etməyi öyrədir. Beləliklə risk etmədən
qazanmağın yollarını öyrənmiş olursunuz.
Demo hesab açmaq üçün
Forex hesabı necə açılır adlı məqaləmizi oxumağınız məsləhətdir!
4. Forexin Demo hesablarında milyoner olmayın!
Ortada real pul olmadığı üçün çox vaxt demoda əməliyyat açan insanlar yüksək risk edirlər. Real hesabla edə bilməyəcəyiniz əməliyyatları demo hesabda etməyiniz çox səhv addımdır.
5. Yüksək riskli əməliyyatlar etməyin
Zərərə uğramış insanların əksəriyyəti yüksək riskli əməliyyatlar açanlardır. Sərmayənizin yalnız bir hissəsini açdığınız əməliyyata yatırın. Çalışın daha çox uzunmüddətli əməliyyatlara üstünlük verəsiniz.
Nə qazanacağınızı düşünməzdən əvvək nə itirəcəyinizi gözünüzün qarşısına gətirin!
6. Böyük risklər etməkdən qaçın!
Forex bazarında böyük risklər etmək qumar oynamaqdan fərqlənmir. Sərmayənizi tək bir əməliyyata yatırmağınız ən böyük risklərdən biridir.
7. Yüksək kredit çiyinli əməliyyatlar açmaq məcburiyyətində deyilsiniz.
İlk öncə qeyd edək ki, kredit çiyni – sizin forex hesabınızda depozit məbləğinizin bir neçə misli həcmində əməliyyat etməyinizə imkan yaradan bir sistemdir. Pulunuzun 100 qat artığını qazanmaq cəzbedici görünə bilər ancaq eyni zamanda çox risklidir! Forex şirkətləri sizə 1000 dollarla 100.000 dollar qazana biləcəyinizi vəd edə bilər ancaq siz yenə də məntiqlə hərəkət etməyə üstünlük verin. Məsləhətdir ki sərmayənizin 10 faizindən çoxu ilə əməliyyat açmayın!
8. Forex bazarında səbirli olmağı öyrənin
Bazara yeni daxil olan investorlar ümumiyyətlə qazanmaq üçün səbirsiz olurlar və sürətlə əməliyyat etmək istəyirlər. Eyni şəkildə itirməyə başlayanda da səbirsiz olmağa davam edirlər və itkilərini tezliklə kompensasiya etməyə çalışaraq fərqli səhvlər edirlər. Forex hər nə qədər sizə qısa müddətdə qazanmaq şansı versə də siz yenə də səbrli olmağa üstünlük verin. Qazanmağa tələsməyin qarşınıza əla fürsətlər çıxa bilər. Analiz etməyiniz üçün vaxtınız çoxdur.
9.Əməliyyat açan zaman diqqətli olun
Bütün fikriniz forex platformasında olsun. Əgər əməliyyat açmaq istəmisinizsə gözləyin. Hər gün əməliyyat açmaq kimi bir məcburiyyət yoxdur.
10.Planlı şəkildə işləyin
Hər əməliyyatı açan zaman nə zaman bağlayacağınızı əvvəlcədən düşünün. Planlarınızı nə qədər çox dəyişsəniz bilin ki o qədər zərərə uğrayacaqsınız.
instagramda pul qazanmaq, evde pul qazan, asan pul qazanmagin yollari, evde nece pul qazana bilerem, facebookdan pul qazanmaq, pul qazandiran saytlar, internetden pul qazanmaq 2016, internetden pul qazanmaq 2017