Deputat Vahid Əhmədov: “30 bankın heç olmasa 20-nə icazə vermək lazımdır ki, faizsiz vəsait çıxarılması mümkün olsun”,

Date:

Paylaş:

“Azərbaycanda pensiyaçılar yalnız iki bankın bankomatlarından – “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı”ndan vəsait çıxara bilirlər. Lakin digər bankların bankomatlarından vəsait çıxardıqda müəyyən faizlər tutulur”.

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deputat Vahid Əhmədov maliyyə nazirinin müavini Azər Bayramova müraciəti zamanı bildirib.

“Ola bilər ki, kartdan tutulan vəsait yüksək maaşı olan insanlar üçün kiçik məbləğdir”.

Vahid Əhmədov
Vahid Əhmədov

Deputat Vahid Əhmədov

“30 bankın heç olmasa 20-nə icazə vermək lazımdır ki, faizsiz vəsait çıxarılması mümkün olsun”.

“Lakin 200-300 manat alanlar üçün bu 10-15 manat məbləğdir. Bütün dünyada pensiyaçılar, müharibə veteranları, əlillər istənilən bankomatdan məbləğ çıxarır, lakin heç bir əlavə rüsum tutulmur. Niyə Azərbaycanda belədir, bilmirəm. Azərbaycan Prezidenti bankların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı da sərəncam imzalayıb. Hesab edirəm ki, bu məsələni həll etmək lazımdır. Bankomatların hamısına bu tipli şərait yaradılmalıdır. 30 bankın heç olmasa 20-nə icazə vermək lazımdır ki, faizsiz vəsait çıxarılması mümkün olsun”, – V.Əhmədov əlavə edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...