Onun səhmdarlarının orta ümumi gəliri son beş ildə 54,4% olub.
Qrafik prosessorlar təchizatçısı “Nvidia” səhmdarlar üçün gəlirli olan şirkətlərin dünya reytinqinə başçılıq edir. Reytinqi “The Boston Consultinq Group” (BCG) şirkəti dərc edib.
2014-cü ildən 2018-ci ilə qədər “Nvidia”-nın aksiyalardan orta ümumi gəliri 54,4% olub.Bu göstərici üzrə ikinci və üçüncü yerlərdə Çinin qida holdinqi “Kweichow” (43,5%) və mediaprovayder “Broadcom” (39,5%) olub. Top onluğun qalan iştirakçıları bunlardır:
“Neflix” (38,5%).
“Adobe” (30,5%).
“Amazon” (30,4%).
“Intuitive Surgical” tibbi texnoloji şirkəti (30,2%).
“Tencent Holdings” investisiya mediakompaniyası (29,3%).
“United Health Group” tibbi sığorta şirkəti (29%).
“Lukoil” (27,1%).
Analitiklər qeyd edirlər ki, “Nvidia”, “Broadcom” və “Netflix” üç ildir ki, ard-arda reytinqin ilk beşliyində yer tuturlar. Bununla belə, 2018-ci ildə beçinci yerdə olan “Facebook” 2018-ci ilin sonunda kapitalizasiya zərərinə görə 33-cü yerə keçib.
“BCG” 1999-cu ildən reytinq hazırlayır. Şirkət son beş il ərzində səhmdarların investisiyalarının gəlirliliyi (TSR) parametrlərini hesablayır – dividendlər və kapitalizasiyanın orta artımı. Analitiklər reytinqə 2233 şirkət daxil ediblər.