Sərnişinlərin hüquqlarına aid “AirHelp” onlayn servis şirkətinin analitikləri sərnişinlərin rəyinə əsasən dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqini dərc ediblər.
Reytinq çərçivəsində aviaşirkətlərin göstərdikləri xidmətlərin keyfiyyəti, o cümlədən aviareyslərin vaxtında yerinə yetirilməsi, yaranmış hər hansı problem zamanı sərnişinlərə münasibət və s. qiymətləndirilib. Təhlilin nəticələrinə görə, hər bir şirkət müəyyən bal qazanıb. Maksimal bal – 10-dur.
Sərnişinlərin rəyinə əsasən dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqi:
# | Aviaşirkət | Ölkə | Bal |
1 | Qatar Airways | Qətər | 8,23 |
2 | American Airlines | ABŞ | 8,07 |
3 | Aeromexico | Meksika | 8,07 |
4 | SAS Scandinavian Airlines | Danimarka, Norveç, İsveç | 8,07 |
5 | Qantas | Avstraliya | 8,04 |
6 | LATAM Airlines | Çili, Braziliya | 8,01 |
7 | WestJet | Kanada | 7,96 |
8 | Luxair | Lüksemburq | 7,90 |
9 | Austrian Airlines | Avstriya | 7,90 |
10 | Emirates Airlines | BƏƏ | 7,80 |