Fotoqrafların işə qəbulu və şəkillərin işlənməsi platforması “Meero” 230 milyon dollar cəlb edib

Date:

Paylaş:

Bu xidmətdən “Airbnb”, “Houzz” və “DoorDash” istifadə edirlər.

Fotoqarafların işə götürülməsi və fotoların işlənib hazırlanması üçün olan fransız stratapı “Meero” C raundunda 230 milyon dollar cəlb edib. Bu barədə Crunchbase xəbər verir.

Raundun liderləri Eurazeo Growth və Prime Ventures olublar. Startap yarandığı 2015-ci ildən bəri 293 milyon dollar cəlb edib.

Nəşrdə deyilir ki, bu raund “Meero” üçün Fransa üzrə C raundları arasında ən böyüyü olub.Əvvəlki  rekord göstəricilər “BlaBlaCar”-a (100 milyon dollar, 2014-cü il), audiosistem təchiatçısı “Devialet”-ə ( 114 milyon dollar, 2016-cı il) və bitkilər üçün gübrə, heyvanlar üçün isə yem istehsal edən “Ÿnsect” şirkətinə məxsus olub.

“Meero”-nun proqram təminatı süni intellektə əsaslanır və bunun sayəsində şəkilləri “ bir neçə dəqiqə”yə işləyib hazırlamaq mümkün olur.

“Meero”-nun  qurucusu Thomas Rebaud deyib ki, şirkət sifarişlərin yerinə yetirilməsinə görə komissiyann istifadəçilərdən əldə etdiyindən qazanır və o, startapın konkret maliyyə göstəricilərini açıqlamayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...