“Slack” Nyu-York birjasında 23 milyard dollar qiymətləndirmə ilə debüt edib

Date:

Paylaş:

“Slack” messenceri Nyu-York fond birjasında WORK tikeri altında  səhmlər yerləşdirib. Şirkət gözləniləndən 8 milyard dollar baha qiymətləndirilib

Ticarət başlayanda “Slack”-ın səhmlərinin qiyməti hər vahidə görə 38,5 dollar olub, ümumi dəyərləndirmə isə 23 milyard dollara çatıb. Bu şirkətin təxmin etdiyi 16 milyard dollarlıq qiymətləndirmədən çox yüksəkdir. The Wall Street Journal yazıb ki, şirkətin belə qiymətləndirilməsi hər səhmə görə qeyri-sabit 26 dollar qiymətinə əsaslanır, lakin səhmdarlar ticarətin daha yüksək qiymətlərlə başlayacağını gözləyirdilər.

“Slack” birjada birbaşa listinq yolunu tutacaq. Bu ənənəvi IPO-dan fərqlənir: “Slack” artıq mövcud  olan səhmlərini birjada, institusional səhmdarların iştirakı ilə olan ilkin ticarəti keçirmədən yerləşdirib. İlk dəfə 2018-ci ilin aprelində Spotify Technology SA musuqili striminq xidməti belə edib.

Səhmləri belə yerləşdirmə modeli bank komissiyasında qənaətə imkan verir. “Slack”-ın maliyyə direktoru Allen Shim-in sözlərini Reuters belə bildirir: “ Biz hesab edirik ki, birbaşa listinq, birjaya IPO-nun tətbiq etdiyi məhdudiyyətlərsiz çıxmaq üçün effektiv bir vasitədir”.

Reuters mənbəsi təsdiq edir ki, IPO Uber uğursuzluğundan sonra birbaşa listinq keçirmək imkanı digər iri texnoloji şirkətləri cəlb edir. Onlar, arasında artıq belə bir varinatı yoxlamaq istəyən Airbnb də olmaqla, yaxın vaxtlarda birjaya çıxmağı planlaşdırırlar.

“Fiverr International Ltd”-nin icraçı direktoru Misha Kaufmann bildirib: “ Bu, uzun zaman ərzində özəl bazarda yüksək məbləğlər əldə edən və öz səhmdarlarına üstünlük qazandırmaq istəyən şirkətlər üçün uyğundur”.

“Slack”-ın gəlirləri 2018-ci ildə 80%-dən çox artaraq 400 milyon dollar olub, lakin əməliyyat itkiləri 143,85 milyon dollar olub. Aprelin sonunda “Slack” özəl investorlardan təxminən 1,2 milyard dollar cəlb edib.

Messencerin auditoriyası bugün 90 milyondan çox istifadəçidən ibarətdir və onlardan 100 000-i ödənişlidir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...