“Apple” şirkəti 2015-2017-ci illərdə satışda olan “MacBook Pro” noutbuklarının bir hissəsini batareyalarında alışma ehtimalının olması səbəbindən geri çağırır.
Bu barədə şirkətin saytına yerləşdirilən məlumatda bildirilir.
Qeyd olunur ki, 2015-ci ilin ortalarında buraxılmış “Retina” displeyli 15 düym olan noutbukları potensial zəif hesab edib.
“Apple” müəyyənləşdirib ki, əvvəlki nəsil 15 düymlük bir sıra “MacBook Pro” modellərində batareya çox qıza və yanğın təhlükəsi yarada bilər”, – deyə rəsmi saytda qeyd olunub.
Şirkətin rəsmi saytında noutbukun seriya nömrəsi ilə onun proqrama düşüb-düşmədiyini yoxlamaq olar. Şirkət köhnə batareyanı pulsuz olaraq dəyişməyi öhdəsinə götürüb.