Bloomberg-in jurnalisti Tracy Alloway öz “Twitter” hesabında “Facebook”-un yeni sabit Libra-sının ənənəvi Bitcoin kriptovalyutasından olan əsas fərqlərindən danışıb.
Jurnalistin sözlərinə görə, onun əsas fərqləri aşağıdakılardır:
1 . Libra bitkoindən fərqli olaraq mərkəzləşdirilməyib;
2 . Libra normal iş təminatı üçün blokçeyn texnologiyasına ehtiyac duymur;
3 . Libra, kağız üzərindəki istisna olmaqla, anonimlik prinsiplərini gözləmir. Müəllif vurğulayır ki, şirkətlə bağlı heç bir anonimlik yoxdur və o, dəfələrlə istifadəçilərin şəxsi məlumatlarla bağlı hüquqlarını pozmaqda günahlandırılıb;
4 . Libra ənənəvi maliyyə institutlarından ayrılmayıb ( banklar və kredit təşkilatları);
5 . Bundan başqa, kriptovalyutanın fəlsəfəsi libertarianizmin əsas ideyalarını dəstəkləyir. Məsələn iri korporasiyalarla əməkdaşlıqdan imtina edir.
Jurnalist bildirib: “ Əgər layihənin əsas dəyərinin vahid ödəmə sisteminin yaradılmsı imkanında olduğunu nəzərə alsaq, onda belə bir sual yaranır ki, daxildən daim antimonopoliya və siyasi nəzarətlə qarşılaşan şirkət bunun üçün uyğundurmu?”