Glassdoor portalı 2012-ci ildən keçirilən 100 ən yaxşı İdarə Heyəti Sədrinin illik reytinqini dərc edib. Yerlər əməkdaşların səslərinin nəticəsinə görə müəyyən edilir. Amerikan reytinqi ilə yanaşı, Böyük Britanya, Almaniya, Fransa və Kanada versiyaları da var.
Amerika reytinqində ilk yeri “Vmware” rəhbəri Pat Gelsinger tutub. Ona kolleqaların 99% -i səs verib. Siyahıya yeni gələnlərdən “Salesforce”-nin iki rəhbəri, Marc Benioff və Kate Block 16-cı yeri tutublar. “PayPal”-ın başçısı Den Shulman 34-cü yerdə , “Visa”-nin rəhbəri Alfred Kelly Jr. Isə 90-cı yerdə olublar.
“Fast Company” portalı qeyd edir ki, reytinqin mövcud olduğu müddət ərzində yalnız iki rəhbər bir dəfə də olsun ən yaxşların ilk yüzlüyünü tərk etməyib. Onlar Tim Cook (69-cu yer) və Mark Zuckerberg-dir ( 55-ci yer ).
İdarə Heyəti Sədrlərinin top onluğu:
-
- VMware — Pat Gelsinger
- HEB — Charles Batt
- In-N-Out Burger — Lindsay Snyder
- T-Mobile — John Ledger
- Adobe — Shantanu Narayen
- Microsoft — Satya Nadella
- McKinsey & Company — Kevin Snyder
- LinkedIn — Jeff Weiner
- Intuitive Surgical — Harry Guthart
- Best Buy — Hubert Joly