“Facebook-un kriptovalyutası çox böyük risk yaradır”

Date:

Paylaş:

Bir neçə gün öncə ABŞ-ın texnologiya şirkəti “Facebook” öz kriptovalyuta vahidi “Libra”nı və rəqəmsal pul kisəsi “Calibra”nı 2020-ci ildə bazara çıxaracağını açıqladı. 

“Facebook”un bu yeni addımını “Northumbria” Universitetinin Professoru Hossein Sharif qiymətləndirib.

Sharif, “Məncə bu çox böyük bir addım oldu və bu vəziyyət təkcə texnologiya dünyası ilə bağlı deyil. Bu həm beynəlxalq, həm də milli bir məsələdir. Bu səbəbdən çox diqqət etmək lazımdır” deyib.

“Northumbria University”nin professoru əlavə edib:

“Bir həmkarım, “insana bir silah verin o bankı soya bilər, bankı soya bilərsə bir milləti soya bilər və beynəlxalq pul vahidi versək dünyanı soya bilər” deyərdi. Mən “Facebook”u günahlandırmıram, ancaq deməyə çalışdığım şey, bu vəziyyətin çox böyük bir addım olmasıdır. Bu addımın ölkələrin pul vahidləri ilə bağlı qlobal və milli iqtisadiyyatlarda çox böyük nəticələri ola bilər. “Facebook” bunu çox diqqətli addımlarla inkişaf etdirməyə çalışır.

“Facebook” digər hər hansı bir şirkətlə müqayisədə çox böyük bir şirkətdir. “Facebook”un qurucularından bəziləri “Facebook”un əslində bölünməsi lazım olduğunu söyləyir. Yeni pul vahidinin də şirkətin gücünə güc qatacağını düşünsək əlindəki güc 100 dəfə artacaqdır. “Facebook”un keçmişində bəzi qalmaqalları olmuşdu. Bu bizə “Facebook”a nəzarət edilməzsə yaradacağı təhlükələri göstərmişdi. Bunların unudulmaması lazımdır.Hazırda mövcud maliyyə sistemin mükəmməl olduğunu düşünmürəm. Dəyişməsi lazım olan çox böyük elementləri var. Bununla belə, “Facebook”un getdiyi istiqamətə getməliyik? Xeyr, Mən belə düşünmürəm. Bizim daha demokratik, daha mərkəzdən nəzarət olunan bir maliyyə sisteminə ehtiyacımız var. Təkcə “Facebook” və ya “Mastercard” kimi şirkətlərə çox böyük güc verəcək sistemlərə ehtiyacımız yoxdur. Normal sistemlə müqayisə edildiyi zaman “Blockchain”ə təhlükəsiz deyə bilərik, ancaq bu an üçün kifayət qədər məlumata sahib deyilik. Dövlətlərin “Facebook”un nələr edəcəyini açıqlaması üçün hərəkətə keçmələrini istəyirik”

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...