“Fiverr” şirkətinin (5 dollardan xidmətlər) IPO-ya çıxması və 1 milyard dollar dəyər qazanması

Date:

Paylaş:

Sərbəst xidmət sifarişi həyata keçirən “Fiverr” onlayn-marketplayesi iyunun ortalarında NASDAQ birjasında ilk IPO keçirib. Hər səhmə görə ilkin qiymət 21 dollardır. Hələ ilk gün qiymət 100% qalxaraq hər səhmə görə 41,6 dollara çatıb və bir neçə gün 35 dollar olsa da, yenə də ilkin qiymətdən 50% çox olub: Son uğursuz bir neçə IPO üçün kifayət qədər uğurlu tarixçədir. AIN.UA redaksiyası “Fiverr” şirkətinin ərsəyə gəlməsindən, necə qazanmasından və IPO-ya qədər gəldiyi yoldan danışır.

“Fiverr”-in qurulması

“Fiverr” şirkəti 9 il bundan qabaq adi startap kimi yaranıb. Onu 2010-cu ildə Tel-Əvivdə iki tərəfdaş – Misha Kaufman və Shai Wininger yaradıblar. Məhsulun ideyası sadədir: bəzilərinin rəqəmsal xidmətlər ala biləcəyi, digərlərinin isə onları sata biləcəyi bir xidmət yaratmaq. Sahibkarlar, meydançanın onlar üçün öz bacarıqlarının satış yerinə çevrilə biləcəyi frilanserlərə diqqət yönəldiblər.

Fiverr
Fiverr

Sifarişçilərin və mətbuatın diqqətini çəkən əsas məsələ qiymət faktoru olub. Bütün xidmətləri 5 dollardan satmaq təklif olunub. Başqa sözlə desək, 5 dollara loqotip və ya elə həmin 5 dollara konsultasiya sifariş etmək olar. Bu, bütün dünya üzrə istifadəçilər üçün uyğun olan qiymətdir və  şirkət demək ki, yalnız zəngin ölkə müştəriləri ilə məhdudlaşmayıb. Qeyd olunan qiymət başlanğıc məna daşıyır: çətin xidmətlərin icrası yüzlərlə, minlərlə dollara başa gələ bilər. Digər tərəfdən də, ilkin aşağı qiymət təcrübəsiz icraçıların diqqətini cəlb edib: onlar öz xidmətlərini ucuz qiymətə təklif edə və tədricən xidmətin qiymətini artıraraq təcrübə toplaya biliblər.

Aşağı qiymət məqsədə çatdırıb: istifadəçiləri cəlb edib. Meydançada yüz minlərlə icraçı və milyonlarla sifarişçi var. Zamanla bu məşhurluq platformanın tənqid olunmasına gətirib çıxardı. İcraçılar bildirirlər ki, sifariş qazanmaq asan deyil, rəqabət yüksəkdir və özünün təhrikedici reklamı ilə bazarı öldürür. Bir neçə il bundan əvvəl şirkət “siz dizayna görə həddindən çox ödəyirsiniz” sloqanı ilə reklam buraxdı və ondan sonra xidmətləri 5 dollardan başlayan qiymətlərlə reklam etməyə başladı. Bundan başqa digər istənilən frilans(sərbəst)-platformada olduğu kimi “Fiverr”-də də görülən işin keyfiyyətindən narazı qalan sifarişçilər olublar.

Tənqid şirkətə ziyan gətirsə də artıma təsir etmədi. Belə ki, bu müddət ərzində şirkətin əməkdaşlarının sayı 300 nəfərə çatıb və onlar iki ölkədə fəaliyyətdədirlər – İsrail və ABŞ.

Maliyyə

“Fiverr” klassik startap olub. Fəaliyyət müddətində şirkət, biznes mələkləri startapında birinci seed-raunddan E raunduna qədər gəlib və bundan sonra  birjaya çıxmaq üçün illik hazırlıq keçərək IPO-ya çıxıb.

Fiverr
Fiverr

Platforma 2010-cu ildə, birinci raundda dırhal 1 milyon dollar cəlb etdi. Ardınca  daha böyük raundlar gəlir:

2010 – 1 milyon dollar / seed;

2011 – 5 milyon dollar / A raundu;

2012 – 15 milyon dollar / B raundu;

2014 – 30 milyon dollar / C raundu;

2015 – 60 milyon dollar / D raundu.

Ümumilikdə 5 il ərzində şirkət 111 milyon dollar cəlb edib.

IPO

Özəl müəssisə olduğu üçün “Fiverr”-in ötən illərə görə maliyyə hesabatı yoxdur. Məlumdur ki, vəsaitlər inkişafa və artıma görə cəlb olunub. İlk dəfə şirkətin maliyyə vəziyyəti haqqında IPO-dan qabaq verilən sənədlərdən məlumat əldə etmək mümkün olub. Onlarda  bildirilib ki, “Fiverr” hələ ki, itki yaşayır: 2017-ci ildə itki 19.3 milyon dollar, 2018-ci ildə isə artıq 36,1 milyon dollar olub. Səhmdarları, 2017/2018-ci illərdə gəlirin, 52,1 milyon dollardan 75,5 milyon dollar çatacağı sakitləşdirir. Vəsaitin yarısı digər startaplara gedib: VeedMe, AND CO və ClearVoice. Əməliyyatların məbləği göstərilmir, lakin onların hamısı son üç ildə həyata keçirilib və maliyyə hesabatına mənfi təsir edib.

Fiverr
Fiverr

Şirkətin IPO-çıxması iə bağlı ilk dəfə 2018-ci ildə söhbət yayılmışdı. O zaman Fiverr nümayəndələri söz-söhbətə fikir bildirməyiblər, lakin KİV-də 1 milyard dollarlıq qiymətləndirmə ilə IPO-ya hazırlıqlar haqqında məlumatlar olub. Biznesin özünü isə israil IPO-su siyahısına daxil ediblər.

2019-cu ilin iyun ayının ortalarında “Fiverr”  NASDAQ amerikan birjasında IPO-ya çıxıb. Satışa, ilkin 21 dollarlıq qiymətlə 5 263 158 səhm qoyublar. Bu, şirkətə əlavə 110 milyon dollar investisiya gətirib, cəlb edilən vəsaitin ümumi həcmi isə 221 milyon dollardır. İlk gün şirkətin səhmləri 2 dəfə artıb, bəzi düzlişlərdən sonra qiymətli kağızların dəyərinin artımı 64% olub. Belə hesab edilir ki, bu göstərici “Fiverr”-in ölçüləri ilə əlaqəlidir, belə ki, şirkət hələ kiçikdir və illik, yüksək artım göstərir (məsələn, gəlirə görə ilbəil 45%) və bu da səhmdarları cəlb edir – gələcəkdə şirkət böyüyə bilər, səhmlərin qiyməti isə qalxacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...