Nur-Sultan şəhərində ticarət evi, Rusiyada və Çində şərab evləri açılacaq

Date:

Paylaş:

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə xarici ölkələrdə Azərbaycan ticarət və şərab evləri yaradılır. İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, 2017-ci ildə Belarusda, 2018-ci ildə Ukrayna, Latviya, Polşa və Çində, bu ilin yanvar ayında isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan ticarət evləri açılıb. Bu ticarət evlərinin hər birində müxtəlif növ Azərbaycan məhsullarının daimi sərgisi, Çinin Urumçi və Şanxay şəhərlərində Azərbaycan şərab evləri fəaliyyət göstərir. Bu şəbəkənin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu ilin sonunadək Qazaxıstanın Nur-Sultan şəhərində ticarət evinin, Rusiyada və Çində şərab evlərinin açılması nəzərdə tutulur.

Eyni zamanda, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri fəaliyyət göstərir ki, bu mexanizmlər Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələri ölkəmizin iqtisadi maraqlarının təmin olunmasında, xarici investorların cəlb edilməsində, potensial alıcılarla əlaqələrin qurulmasında mühüm rol oynayır.

Hazırda Rusiyada “Azərbaycan nemətləri” mağazalar şəbəkəsinin yaradılması layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilk mağaza bu ilin martında Moskvada açılıb. Rusiyanın digər şəhərlərində də bu cür mağazaların açılması planlaşdırılır.

Məlumat verilib ki, bu il 4 xarici ölkəyə 5 ixrac missiyası təşkil olunub. Belə ki, cari ilin ilk aylarında  Azərbaycan ixrac missiyası Çin, Polşa, Latviya və Qətərdə olub. 2019-cu ilin iyun və iyul aylarında isə İsveçrənin Surix və Bern şəhərlərinə və Rusiyanın Yekaterinburq şəhərinə ixrac missiyası təşkil olunacaq.

Azərbaycan şirkətləri bu ilin sonunadək Rusiyada “Worldfood Moscow”, Almaniyada “Anuga 2019” və  Çində təşkil olunacaq  “Food and Hotel China” beynəlxalq sərgilərində iştirak edəcəklər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...