2019-cu ildə video-oyunlar bazarı dünya iqtisadiyyatına 152,1 milyard dollar gətirəcək və bu da keçən ilki ilə müqayisədə 9,6% çoxdur. Sənayenin intensiv inkişafını oyunların təqdim edildiyi platformanın genişlənməsi ilə əlaqaləndiriblər.
Oyun bazarını araşdıran “Newzoo” firmasının analitikləri bildiriblər ki, istifadəçilər video-oyunları rabitə platforması kimi qəbul ediblər, bu da onun inkişafına və populyarlığına təsir edib. İnsanların bir-birləri ilə əlaqə yaratmasına 2018-ci ilin əsas oyunu sayılan atıcı “Fortnite” oyunun yaradıcısı olan Epic Games oyun təchizatçısı xüsusilə təsir edib.
Oyunların özləri “Facebook” və “WeChat”-da icra edilirlər. 5 iyunda “Zynga” təchizatçısı, “Snapchat” messencerinə malik olan “Snap Inc.” şirkətinin yeni platformasında Words With Friends oyununu təqdim edib.
“Newzoo”-nun məlumatına əsasən, 2019-cu ildə ABŞ oyun bazarından əldə edilən gəlirə görə Çini ötüb keçəcək – 36,9 milyard 36,5 milyarda qarşı. 2018-ci ildə Çin birinci yeri tutub, Rusiya isə 11-ci yerdə olub – 1.65 milyon dollar. Çinin reytinqdə aşağı düşməsini onunla əlaqaləndirirlər ki, 2018-ci ildə çin hökuməti “Fortnite”, “PlayUnknown’s Battlegrounds (PUBG) və digər bəzi oyunları “qara siyahı”ya salıb, belə ki, guya onlar etik normaları pozublar. Sonra isə məlum olub ki, “Fortnite” hələ də var, PUBG-a isə icazə yoxdur – onun yerinə “Tencent” vətənpərvər analoqu olan Game for Peace oyununu buraxıb.
Reuters-in yazdığına görə, istifadəçilərin retro-oyunlardan ötrü darıxmasına görə bazara yenidən yapon oyunları daxil olur. Məsələn, gələn il Final Fantasy VII buraxılacaq. Nintendo və Namco (əfsanəvi Pac-Manın qurucusu) təchizatçıları iri oyun şirkətlərinin gəlirlər üzrə siyahısında 9-cu və 10-cu yerləri tuturlar.
“Newzoo” analitikləri təsdiqləyirlər ki, mobil oyunlar, komputer və konsol oyunlarından fərqli olaraq, dünya bazarının 45%-ni təşkil edən 68,5 milyard dollar gəlirlə iri platforma oyunları olaraq qalmaqdadırlar. Ekspertlər kiber-idmandan gələn gəliri hesablamayıblar, lakin onlar gözləyirlər ki, 2019-cu ildə sənaye 1,1 milyard dollar gətirəcək.