Azərbaycanda kümçülər bu günə qədər 565 ton yaş barama təhvil verib

Date:

Paylaş:

Bu günə qədər Azərbaycanda kümçülər 565 ton yaş barama təhvil verib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu, ötən ilin yekun göstəricisindən 51 ton çoxdur.

Ölkə üzrə ən çox yaş barama Zərdab (65 ton), Ağcabədi (51 ton), Zaqatala (51 ton), Füzuli (49 ton), Balakən (43 ton), Şəki (39 ton) və Qaxda (25 ton) tədarük olunub. Barama tədarükü davam edir. Respublikanın 38 rayonunda yaş barama tədarükü davam edir.

Azərbaycanda “Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə manat subsidiya ödəyir.

Ümumilikdə, fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son 3 ildə Çindən Azərbaycana 3,5 mln. ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən mln. ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...