Azərbaycan Respublikası Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat Və Kompleks Mexaniki Təminat İdarəsi tender elan edir.
- Lot 1 Lot 1: Yüksək keçicilik qabiliyyətli 5 yerlik minik avtomobillərinin satın alınması
- Lot 2 Lot 2: Yolsuzluq şəraitində hərəkət edə bilən 28-30 yerlik avtobusların satın alınması
- Lot 3 Lot 3:Yüksək keçicilik qabiliyyətli 5 yerlik yük-sərnişin avtomobillərinin satın alınması
- Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Xırdalan şəhəri Heydər Əliyev pr. 1 (Əlaqələndirici şəxs : TALEH ƏSƏDOV TAHİR OĞLU telefon : 0123426872) ünvanından ala bilərlər.
- İştirak haqqı:
- Lot 1 :250 AZN
- Lot 2 :200 AZN
- Lot 3 :300 AZN
Bank rekvizitləri:
- Hesab: AZ37CTRE00000000000002196602
- VÖEN: 1401555071
- Bank: Dövlət Xəzinədarlığı Agentliyi büdcə təsnifatının kodu: 142340, büdcə səviyyəsinin kodu: 7, fond 7
- Kodu: 210005
- M/H: AZ41NABZ01360100000000003944
- S.W.İ.F.T: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 22.07.2019 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24.07.2019 17:00 Xırdalan şəhəri Heydər Əliyev pr. 1 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 25.07.2019 11:00 Xırdalan şəhəri Heydər Əliyev pr. 1ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər