Dizel münaqişəsi: “Volkswagen”-ə qarşı məhkəmə iddiasına 420 min insan qoşulub

Date:

Paylaş:

“Volkswagen”-ə qarşı “dizel münaqişəsi” ilə bağlı kollektiv iddiaya 420 min nəfər qoşulub

Bu barədə, 15 iyun, şənbə günü, Almaniya İstehlakçı Təşkilatlar Federasiyasının (VZBV) rəhbəri Klaus Müller, Almaniya Federativ Respublikasının Ədliyyə Nazirliyinə istinadən Rheinische Post nəşrinə məlumat verib.

Klaus Müller “VW”-ni VZBV ilə mübahisənin sülh yolu ilə həll edilməsi ilə bağlı, konsernin bütün müştərilərinin maraqlarını əks etdirən danışıqlar aparmağa səsləyib.

O qeyd edib ki, əgər “Volkswagen” onlarla mübahisənin öz yoluna qoyulmasında danışıqlar aparmaqda kifayət qədər ağıllı olmuş olsaydı hər şey tez həll olunardı. Əks halda məhkəmə işi illərlə çəkə bilər və bu da avtomobil konserninin marağında deyil.

VZBV nümayəndəsi həm də bildirb ki, “Volkswagen” öz zərərçəkmiş müştərilərinə  yaxşı təklif edə bilər. O, Koblenz Ali regional məhkəməsinin qərarına toxunub, belə ki, orada keçən həftə, iddiaçı, “VW”-ə qarşı iş üzrə 26 min avro kompensasiya əldə edib.

Qeyd edilir ki, sözügedən kollektiv iddianın mümkünlüyü 2018-ci ilin 1 noyabrından Almaniyanın mülki qanunu kimi, 2013-cü ildən AB-də olan və  New Deal for Consumers kimi tanınan istehlakçı hüquqlarının qorunmasının avropa prinsiplərinə əsasən qüvvəyə minib.

2015-ci ilin “ dizel münaqişəsi” Almaniyanın qanunvericiliynə kollektiv iddia mümkünlüyünün daxil edilməsinə əsas olub. O vaxtki istehlakçıların hüquqlarının müdafiəsi Nazirliyinin rəhbərliyi  izah edib ki, insanlara, hüquqi xidmətlərə çox pul xərcləmədən “VW” konserninin fəaliyyəti ilə bağlı öz hüquqlarının müdafiəsini əldə etmək imkanı vermək lazımdır. Qanunun qüvvəyə minməsinin tarixi, konsernlə problemlərin məhkəmə qaydasında həlli üçün olan üçillik məhdudiyyətlər müddətinin 2019-cu ilin 1 yanvarında bitməsi ilə əlaqəlidir. 2018-ci ilin sentyabrında VZBV və Ümumalmaniya Avtomobil Klubu (ADAC) açıqlayıblar ki, “VW”-də müvafiq kollektiv iddianı birgə təqdim edəcəklər.

Xatırladaq ki, ABŞ –da aparılan araşdırmaya görə VW şirkəti 2006-cı ildə yeni dizel mühərrikinin hazırlanmasına başlayıb ki, bu da, 2007-ci ildə ABŞ-da qüvvəyə minən ciddi iqtisadi tələblərə cavab verməlidir. Avtokonsernin top-menecmenti “təmiz dizel” istehsalı barədə bəyanat verib, lakin işləri gedişatı zamanı aydın olub ki, bu mümkün deyil.

Sonda “VW” mühəndisləri avtomobilin iş rejimini tanıyan proqram təminatı yaradıblar: ekoloji standartlara uyğun olaraq test edilən və ya yolda istifadə zamanı real olan. Bundan asılı olaraq emissiyaya nəzarət sistemi qaydaya salınıb.Attestasiyadan keçirilmə zamanı avtomobillər ABŞ standartlarını qarşılayırlar, əslində isə emissiya səviyyəsi onları 40 dəfə üstələyə bilər. “Dizel münaqişəsi”nin nəticələri demək olar ki, “VW”-dən dizel avtomobili alan hər kəsə təsir edib.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...